“BDO Azərbaycan” MMC Azərbaycan Respublikasında 1302212761 nömrə altında qeydiyyatdan keçmiş məhdud məsuliyyətli cəmiyyətdir və Böyük Britaniyanın zəmanətlə məhdudlaşdırılmış BDO International Limited şirkətinin üzvü olmaqla BDO beynəlxalq şəbəkəsinin tərkib hissəsidir.
“BDO Azərbaycan” MMC 2010-cu il tarixindən etibarən dünyanın 5 ən böyük auditor təşkilatlarından biri olan BDO qlobal şəbəkəsinin (bundan sonra “BDO qlobal şəbəkəsi” və ya “BDO” adlanacaq) Azərbaycanda ilk və yeganə rəsmi üzvüdür.
BDO qlobal şəbəkəsi dünyanın 166 ölkəsində 1,800 ofisində peşəkar audit, vergi və konsaltinq xidmətləri göstərən 119,611 əməkdaşı birləşdirən bir şəbəkədir. 2024-cü il üzrə BDO Qlobal şəbəkəsinin məcmu gəlirləri 15 milyard ABŞ dolları təşkil etmişdir. Müştərilərimiz arasında ən qabaqcıl beynəlxalq və yerli şirkətlər, dövlət qurumları və qeyri-kommersiya təşkilatları yer tapır.
BDO Azerbaijan LLC Senior Tax Accountant