Məktəbəqədər hazırlıq müəllimi — Rus bölməsi

  • Истекает 16 октябрь 2026

BEAM School komandamıza rus bölməsi üzrə məktəbəqədər hazırlıq müəllimi axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Məktəbəqədər yaşlı uşaqlara rus dilində hazırlıq dərslərinin keçirilməsi
  • Uşaqların məktəbə hazırlıq səviyyəsinin inkişaf etdirilməsi
  • Yaşa uyğun tədris metodlarından və interaktiv üsullardan istifadə
  • Dərs planlarının hazırlanması və tədris prosesinin düzgün təşkili
  • Uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması
  • Valideynlərlə mütəmadi ünsiyyət və uşağın inkişafı barədə məlumatların təqdim edilməsi

Namizədə tələblər:

  • Rus dilini səlis bilməsi
  • Məktəbəqədər təhsil və ya pedaqoji sahədə təcrübənin olması arzuolunandır
  • Uşaqlarla işləmək bacarığı və səbirli yanaşma
  • Məsuliyyətli, pozitiv və ünsiyyətcil olmaq
  • Müasir tədris metodlarına maraq
  • Komandada işləmək bacarığı

İş təcrübəsi:

Müvafiq sahədə iş təcrübəsi üstünlükdür. Universitet tələbələri və yeni məzunlar da müraciət edə bilərlər.

Biz nə təklif edirik:

  • Peşəkar və mehriban kollektiv
  • Rahat və müasir iş mühiti
  • İnkişaf və karyera imkanları
  • Peşəkar inkişaf üçün dəstək
  • Stabil iş şəraiti

İş yeri: Bakı

Vəzifə: Məktəbəqədər hazırlıq müəllimi — Rus bölməsi

İş qrafiki: Müsahibə zamanı müəyyən edilir.

Müraciət üçün:

Mobil: 077 484 44 04

E-mail: [email protected]

Veb sayt: beamschool.az

beamschool.az saytında Karyera bölməsindən də müraciət edə bilərsiniz.

Qeyd: CV göndərərkən mövzu hissəsində “Məktəbəqədər hazırlıq müəllimi — Rus bölməsi” qeyd etməyiniz xahiş olunur.

  • Daily134
  • Weekly520
  • Monthly2232