Beam School komandamıza Rus bölməsində təhsil alan şagirdlərlə işləyəcək peşəkar, məsuliyyətli və şagirdlərlə işləməyi sevən İngilis dili müəllimi axtarırıq.
Tələblər:
- İngilis dili üzrə yüksək səviyyədə bilik
- Rus bölməsində təhsil alan şagirdlərlə işləmək bacarığı
- Müəllimlik və ya tədris sahəsində iş təcrübəsi
- Şagirdlərlə düzgün və effektiv ünsiyyət qurmaq bacarığı
- Fərdi və qrup dərsləri keçmək bacarığı
- Dərsləri müasir və interaktiv metodlarla təşkil etmək
- Şagirdlərin yaş və bilik səviyyəsinə uyğun tədris metodlarından istifadə etmək
- Məsuliyyətli, səbirli və pozitiv olmaq
- Komanda ilə işləmək bacarığı
- Müvafiq sertifikat və beynəlxalq dil imtahanı nəticələrinin olması üstünlükdür
İş şəraiti:
- Müasir və rahat tədris mühiti
- Peşəkar və mehriban komanda
- İnkişaf və karyera imkanları
- Rahat və uyğun iş qrafiki
- Əməkdaşlıq şərtləri qarşılıqlı razılaşma əsasında
- Maaş: namizədin təcrübəsi və dərs yükünə uyğun olaraq razılaşma əsasında
Ünvan: Badamdar, DTX Hospitalının yaxınlığı
Əlaqə: 077 484 44 04
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya beamschool.az veb-saytımız vasitəsilə göndərə bilərlər.
CV göndərərkən Subject/Mövzu hissəsində “İngilis dili müəllimi – Rus bölməsi” qeyd etməyiniz xahiş olunur.
Keyfiyyətli təhsil – Güclü gələcək!