İngilis Dili Müəllimi – Azərbaycan və Rus Bölməsi Tələb Olunur – BEAM SCHOOL
Beam School komandamıza Azərbaycan və Rus bölməsində təhsil alan şagirdlərlə işləyəcək peşəkar, məsuliyyətli və şagirdlərlə işləməyi sevən İngilis dili müəllimi axtarırıq.
Tələblər:
- İngilis dili üzrə yüksək səviyyədə bilik
- Azərbaycan və Rus bölməsində təhsil alan şagirdlərlə işləmək bacarığı
- Müəllimlik və ya tədris sahəsində iş təcrübəsi
- Şagirdlərlə düzgün və effektiv ünsiyyət qurmaq bacarığı
- Fərdi və qrup dərsləri keçmək bacarığı
- Dərsləri müasir və interaktiv metodlarla təşkil etmək
- Şagirdlərin yaş və bilik səviyyəsinə uyğun tədris metodlarından istifadə etmək
- Məsuliyyətli, səbirli və pozitiv olmaq
- Komanda ilə işləmək bacarığı
- Müvafiq sertifikat və beynəlxalq dil imtahanı nəticələrinin olması üstünlükdür
İş şəraiti:
- Müasir və rahat tədris mühiti
- Peşəkar və mehriban komanda
- İnkişaf və karyera imkanları
- Rahat və uyğun iş qrafiki
- Əməkdaşlıq şərtləri qarşılıqlı razılaşma əsasında
- Maaş: 700 Azn / namizədin təcrübəsi və dərs yükünə uyğun olaraq razılaşma əsasında
Ünvan: Badamdar, DTX Hospitalının yaxınlığı
Əlaqə: 077 484 44 04
Müraciət üçün:
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
- CV göndərərkən Subject/Mövzu hissəsində “İngilis dili müəllimi – Azərbaycan və Rus bölməsi” qeyd etməyiniz xahiş olunur.
Əlavə məlumat:
- Universitet tələbələri də müvafiq ixtisas, bilik və bacarıqlara sahib olduqları halda müraciət edə bilərlər.
Keyfiyyətli təhsil – Güclü gələcək!