B Bebiko MMC
  • 226

Bebiko MMC

Sənaye

ELEKTRİK-MEXANİK

  • Deadline 13 June 2026

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Elektrik və mexanika üzrə baza bilikləri
  • HVAC, soyuducu və qazanxana sistemlərinin iş prinsipi, istismarı və texniki baxışı üzrə anlayış
  • Təhlükəsizlik texnikası qaydalarını bilmək
  • Təmir və diaqnostika bacarıqları
  • Müştərilərlə işləmək və qonaqlarla düzgün, nəzakətli ünsiyyət qurmaq bacarığı
  • Komanda ilə işləmək bacarığı və məsuliyyətli yanaşma
  • Səyyar (obyektlərə gedərək işləmək) işləmə bacarığı
  • Səyyar servis işlərinə hazır olmaq, zərurət yarandıqda ezamiyyətlərə getmək və bir neçə gün iş yerindən kənarda qalmaq imkanı
  • BC kateqoriyalı sürücülük vəsiqəsi (mütləqdir)
  • Məsuliyyətli, dəqiq və operativ qərar vermə qabiliyyəti

Əsas vəzifə öhdəlikləri:

  • Havalandırma, istilik, soyutma və elektrik qurğularında yaranan texniki nasazlıqların aradan qaldırılması
  • Kondisioner və havalandırma sistemlərinin (HVAC) təmiri və profilaktik xidmətinin həyata keçirilməsi
  • Soyuducu və qazanxana sistemlərinin texniki baxış və servis işlərinin görülməsi
  • Nasoslar, su isitmə sistemləri və digər mühəndis qurğularının baxımının aparılması
  • Generator, requlyator və digər elektrik qurğularının texniki xidmətinin göstərilməsi
  • Avadanlıqların fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi
  • Planlı profilaktik və cari təmir işlərinin icrası
  • Təhlükəsizlik və texniki istismar qaydalarına riayət olunması

 

İş yeri: Sumqayıt (səyyar servis və müxtəlif obyektlər üzrə)

Əmək haqqı: Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır.

İş rejimi: Həftənin 6 günü, saat 09:00–18:00



Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində ELEKTRİK-MEXANİK qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily114
  • Weekly114
  • Monthly1498