İş barədə məlumat:
● Aviabilet, otel və digər turizm xidmətlərinin təşkili.
● Xarici istiqamətlər üzrə tur paketlərinin hazırlanması və satışı.
● Mövsümə və bazar tələbinə uyğun yeni tur proqramlarının hazırlanması.
● Müştərilərdən gələn sorğuların cavablandırılması və rezervasiyaların idarə olunması.
● Xarici partnyorlarla yazışmaların aparılması.
● Sosial şəbəkələr və digər onlayn kanallar vasitəsilə gələn müraciətlərin cavablandırılması.
● Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi və satış hədəflərinin yerinə yetirilməsi.
Namizəddən tələblər:
● Getmə turizm sahəsində iş təcrübəsi.
● Azərbaycan və rus dillərini bilməlidir. İngilis dili üstünlükdür.
● Sosial şəbəkələrdən və B2B saytlardan sərbəst istifadə etmək bacarığı.
● Satış və müştəri xidməti sahəsində bacarıqlara malik olmaq.
● Məsuliyyətli, operativ və ünsiyyətcil olmaq..
● Kompüter və ofis proqramlarından istifadə bacarığı.
İş şəraiti
● İş qrafiki: Həftənin 5 iş günü.
● Zəruri hallarda istirahət günlərində gələn təcili sorğuların cavablandırılması tələb oluna bilər.