AI Agent Mühəndisi (Python/ Mikroservislər)

  • Deadline 11 April 2026

BERC Group MMC AI Agent Mühəndisi (Python/ Mikroservislər) vakansiyası üzrə işə qəbul elan edir.

BERC Venture Studio müasir texnoloji həllər yaradan, proqram təminatı və innovativ məhsullar üzərində çalışan bir komandadır. Məqsədimiz — istifadəçiyə dəyər verən, funksional və estetik baxımdan mükəmməl məhsullar yaratmaqdır. Bu yolçuluqda AI Agent Mühəndisi (Python / Mikroservislər) kimi sən də bizimlə ol!

İş barədə məlumat:

  • Agentin inkişafı: Yaddaşın idarə edilməsi, mürəkkəb qərarvermə və xarici alətlərin icrası (API çağırışları, veb skreypinq və s.) qabiliyyətinə malik güclü, LLM əsaslı agentlərin dizaynı və proqramlaşdırılması.
  • Mikroservis arxitekturası: AI agentlərini müstəqil, miqyaslana bilən mikroservislər kimi qurmaq və yerləşdirmək, onların sistemdə ləngimə yaratmadan əsas SaaS backend-imizlə səmərəli əlaqəsini təmin etmək.
  • Asinxron emal: Sistemin performansı və etibarlılığını qorumaq üçün mesaj brokerləri və arxa plan tapşırıq növbələrindən istifadə edərək uzunmüddətli AI proseslərini idarə etmək.
  • Məlumat və RAG sistemləri (pipelines): Agentin cavablarını şirkətimizin daxili məlumatlarına əsaslandırmaq üçün vektor məlumat bazalarından istifadə edərək RAG (Retrieval-Augmented Generation) sistemlərini tətbiq etmək.
  • Optimallaşdırma: Səliqəli, asan saxlanıla bilən və yüksək dərəcədə optimallaşdırılmış Python kodları yazmaq; prompt mühəndisliyi, API xərclərinin azaldılması və aşağı gecikməli (low-latency) cavablara diqqət yetirmək. 

Vəzifəyə dair bilik, bacarıqlar və tələblər:

  • Təhsil: Ali təhsil.
  • Təcrübə: Python devolopment sahəsində 3 il, AI Agent sahəsində 1 il
  • Güclü və real layihələri əhatə edən AI/Mikroservis layihələrinizi nümayiş etdirən GitHub profilinizi təqdim etmə

Texniki səriştələr:

  • Proqramlaşdırma: Python dilində dərin biliklər (xüsusilə asinxron proqramlaşdırma üçün asyncio modulu).
  • AI və Agent Modulu: LangChain / LangGraph çox-agentli (multi-agent) modulları ilə praktiki təcrübə. LLM API-ləri (openai, anthropic, google-genai) ilə birbaşa işləmək bacarığı.
  • Veb modul: Yüksək performanslı REST API-lər qurmaq üçün FastAPI və LLM çıxışlarını strukturlaşdırmaq/məlumatları yoxlamaq üçün Pydantic üzrə güclü biliklər.
  • Mikroservislər və Növbələr: Asinxron tapşırıq növbələri (Celery və ya RQ) və mesaj brokerləri (RabbitMQ, Kafka və ya Redis) ilə iş təcrübəsi.
  • Məlumat Bazaları: Vektor bazaları (chromadb, pinecone-client, weaviate-client və s.) və ənənəvi əlaqəli verilənlər bazaları (məsələn, SQLAlchemy vasitəsilə) ilə iş təcrübəsi. pandas və numpy ilə təməl məlumat işləmə bacarığı.
  • İnfrastruktur: Təcrid olunmuş və stabil yerləşdirməni (deployment) təmin etmək üçün konteynerləşdirmə (Docker) texnologiyalarını dərindən anlamaq.

Davranış səriştələri:

  • Komanda ilə effektiv əməkdaşlıq bacarığı
  • Yaradıcı və problem-yönümlü düşüncə tərzi

Əlavə üstünlüklər (Arzuolunandır):

  • Konteyner orkestrasiyası (Kubernetes) ilə tanışlıq.
  • Python əsaslı AI mikroservislərini digər dillərdə (Node.js, C#, Java və s.) yazılmış backend-lərlə REST və ya gRPC vasitəsilə inteqrasiya etmək təcrübəsi.

BERC şirkətlər qrupu sizə nə vəd edir?

  • Təcrübə və bacarıqlara əsaslanan rəqabətqabiliyyətli əməkhaqqı.
  • Ən son süni intellekt arxitekturasını sıfırdan qurmaq imkanı.
  • Çevik iş qrafiki və müasir texnologiya yığını (tech stack) ilə işləmək şansı.
  • Geniş imkanlar təqdim edən texnoloji mühit
  • Naharla təminat və (daxili) idman zalından istifadə
  • Yaradıcılığa və təşəbbüslərə açıq komanda

Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər, namizədlər əmin olsun ki, portfoliosunun linki CV-lərdə var və əlçatandır. 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Daily84
  • Weekly520
  • Monthly1091