Anbar fəhləsi

  • Deadline 27 December 2026

FLARM MMC komandasına “Anbar fəhləsi” vakansiyası üzrə işə qəbul elan edir. 

İş barədə məlumat:

  • Malların anbara daxil olması, boşaldılması, çeşidlənməsi və rəflərə səliqəli şəkildə yığılması;
  • Sifarişlərə uyğun olaraq malların yığılması, qablaşdırılması və təhvil verilməyə hazıranması;
  • Anbarda daxili nizam-intizama, təmizliyə və təhlükəsizlik qaydalarına riayət olunması;
  • Anbarda mütəmadi olaraq aparılan inventarizasiya prosesində iştirak etmək.

Vəzifəyə dair tələblər:

  • Fiziki cəhətdən sağlam və aktiv olmalı;
  • Məsuliyyətli, dürüst, komandada işləmək bacarıqlı;
  • Anbar təsərrüfatında iş təcrübəsi üstünlükdür;
  • Kiril hərflərini bilməsi arzuolunandır (ehtiyat hissələrinin markalanması və sənədləşməsi üçün).

İş qrafiki: 6 günlük iş həftəsi;

Təhsil: Ali təhsil (iqtisadiyyat, logistika və ya müvafiq sahələr).

FLARM MMC sizə nə vəd edir?

  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Müəssisə tərəfindən nahar.

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunur.

“FLARM " MMC təkər və ehtiyat hissələrinin satışı üzrə fəaliyyət göstərən dinamik şirkətdir.

Veb sayt: https://flarm.az/ 

Ünvan: Bakı, Abşeron rayonu, Saray qəsəbəsi, Bakı–Sumqayıt yolu (20-ci km, Saray postuna çatmamış, 20 yanvar və Beynəlxalq Avtovağzaldan Saray və Sumqayıt istiqamətində gedən avtobusların dayanacağı iş yerimizdən 200-250 m məsafədə yerləşir.)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Daily0
  • Weekly477
  • Monthly1941