Hüquqşünas

  • Истекает 28 май 2025

BERC Hüquq şöbəsi Respublikanın müxtəlif regionlarında, xüsusilə kiçik və orta sahibkarlıq sektorunda fəaliyyət göstərən biznes subyektlərinə outsours hüquqi xidmətlər və məsləhətlər təqdim edir.

Vakansiya haqqında zəruri qeydlər:

  • Layihələrdən, müraciət edən namizədlərin iş qrafikindən, regionlardan və sair xüsusiyyətlərdən asılı olaraq namizəd daimi ştata götürülə bilər, yaxud kontrakt əsasında əməkdaşlıq edilə bilər.
  • Müxtəlif regionlardan (Bakı, Naxçıvan, Gəncə, Quba, Lənkəran və sair) vəzifə tələblərinə uyğun gələn şəxslər müraciət edə bilər.
  • Yalnız vəzifə tələblərinə cavab verən namizədlər müsahibəyə (onlayn və ya əyani) dəvət ediləcəkdir.
  • Uyğunluq meyarlarına görə namizədə kiçik hüquqşünas, hüquqşünas, baş hüquqşünas və şöbə rəhbəri vəzifələri təklif edilə bilər.
  • Hüququn hər hansı bir sahəsində ixtisaslaşmış şəxslərlə də ixtisaslaşma sahələrinə uyğun olaraq əməkdaşlıq edilə bilər.
  • İş qarşılıqlı razılıq əsasında onlayn və ya əyani olaraq yerinə yetirilə bilər.

İş barədə məlumat:

  • Tələb olunan müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
  • Təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin yazılması;
  • Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericlik əsasında digər zəruri sənədlərinin hazırlanması;
  • Əmək qanunvericliyinə əsasən zəruri sənədlərin hazırlanması;
  • Müəssisədaxili fəaliyyəti tənzimləyən normativ sənədlərə düzəliş və əlavələr edilməsi barədə təkliflərin hazırlanması;
  • Müdafiə və ya ittiham xarakterli məhkəmə işlərinin məqsədə uyğunluğunu müəyyən etmək üçün hüquqi sənədlərin nəzərdən keçirilməsi və hüquqi rəyin hazırlanması;
  • İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin yazılması;
  • Məhkəmələrdə və ya dövlət orqanları qarşısında Cəmiyyətin təmsil edilməsi, cəmiyyətin və ya cəmiyyətin əməkdaşlıq etdiyi şəxslərin icrası bitmiş məhkəmə işlərinin hesabatlarının hazırlanması;
  • Əqli mülkiyyət qanunlarına, Miqrasiya Məcəlləsinə, Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən olunmuş hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə (lisenziya) sənədlərin alınması üçün müvafiq sənədlərin hazırlanması və müvafiq qurumlara müraciətin edilməsi, Cəmiyyətin təmsil olunması;
  • Şirkətin hüquqi maraqlarının müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında təmsil edilməsi;
  • Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi;
  • Rəhbərliyin hüquqi işlərlə əlaqəli vermiş olduğu təlimatlarının yerinə yetirilməsi.

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi tələb olunur.
  • Hüquq fakültəsi üzrə bakalavr dərəcəsi (magistr və əlavə təhsil pillələri üstünlükdür);
  • Azərbaycan Respublikası Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Əmək Məcəllələrini yüksək səviyyədə bilməli;
  • Azərbaycan dilində sərbəst və səlist danışıq və yazı yazmaq bacarığı (ingilis və rus dili üstünlükdür);
  • Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
  • Detallara yüksək diqqət;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Word yüksək səviyyədə bilməli;

Bacarıq və səriştələr:

  • Ünsiyyətcil olmalı;
  • Komanda ruhlu olmalı;
  • Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
  • Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
  • Problemləri həll etmə bacarığı olmalıdır.

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan daimi ştatda iş rejimi yaxud layihə əsaslı iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı ;
  • Rəqabət qabiliyyətli əmək və ya xidmət haqqı

Qeyd olunan tələblərə uyğun gələn namizədlər Müraciət Et butonunda yerləşən link vasitəsilə qeydiyyatdan keçə bilər.

Ünvan: Bakı şəh., Nəsimi ray., Tbilisi prospekti, 3007-ci məhəllə, 44C 

Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45 və +994 51 201 33 26

  • Daily53
  • Weekly327
  • Monthly2926