BERC IKM olaraq, dinamik və peşəkar HR komandamıza qoşulacaq İşə Qəbul Mütəxəssisi axtarırıq. Əgər eyni anda bir neçə şirkətlə işləməyi, müxtəlif sahələrdə vakansiyalarla məşğul olmağı və HR sahəsində güclü təcrübə toplamağı istəyirsənsə – bu fürsət sənin üçündür!
Əsas vəzifə öhdəlikləri
- Daxili və müxtəlif müştəri şirkətlər üçün işə qəbul proseslərinin planlanması və həyata keçirilməsi
- Vakansiyaların hazırlanması və uyğun platformalarda paylaşılması
- Namizədlərin ilkin seçimi, müsahibələrin təşkili və nəticələrin izlənməsi
- Müştəri şirkətlərə namizəd təqdimatı və mütəmadi geribildirim verilməsi
- Namizəd bazasının idarə olunması və genişləndirilməsi
- İşə qəbul hesabatlarının hazırlanması və daxili sistemlərin yenilənməsi
Tələblər
- Ali təhsil (İnsan resursları, Biznesin idarə olunması və ya əlaqəli sahələr)
- İnsan resursları və/və ya konsaltinq sahəsində ən azı 2 il iş təcrübəsi
- Müxtəlif sahələr üzrə (satış, texniki, inzibati və s.) vakansiyalarla işləmə bacarığı
- Yaxşı təşkilatçılıq və çoxsaylı prosesləri eyni anda idarəetmə bacarığı
- Güclü ünsiyyət və təqdimat bacarığı
- MS Office və vakansiya idarəetmə platformalarında sərbəst işləmə bacarığı
Üstünlüklər:
- Konsaltinq və agentlik mühitində iş təcrübəsi
- İngilis və rus dili bilikləri
- HRIS proqramları ilə təcrübə
Təklif edirik
- Rəqabətqabiliyyətli əməkhaqqı
- Dəyişkən və inkişafyönümlü mühit
- Nahar və trenajor idman (ofis daxilində)
- Peşəkar komanda ilə işləmək və təcrübə paylaşımı
- Strateji layihələrdə iştirak və irəliləmə imkanı
- Rəhbərliklə birbaşa əməkdaşlıq və təşəbbüslərin dəyərləndirilməsi
İş şəraiti
- Ünvan - Bakı
- Tam ştat. 5 iş günü. 9:00-18:00
Qeyd olunan tələblərə uyğun gələn namizədlər Müraciət et düyməsində göstərilən müraciət linkindəki platformaya daxil olub, qeydiyyatdan keçib, şəxsi məlumatlarınızı (CV-sini) dolduraraq müraciət edə bilərlər. Əgər sual yaranarsa platformadan əlaqə nömrəmizə və ya [email protected] emailinə yazaraq müraciətlərinizi ünvanlaya bilərsiniz.