Korporativ satış mütəxəssisi

  • Deadline 5 Yanvar 2026

BERC Group MMC satış komandasına “Korporativ satış mütəxəssisləri” vakansiyası üzrə işə qəbul elan edir. 

İş barədə məlumat:

  • Şirkətin xidmətlərinin korporativ satışının təşkili, yeni müştəri bazasının formalaşdırılması;
  • Mövcud müştərilərlə münasibətlərin saxlanması;
  • Müştərilərlə işgüzar görüşlərin təşkil edilməsi və şirkətin xidmətlərinin təqdimatı;
  • Telefon zəngləri, sosial şəbəkələr və digər alternativ satış kanalları vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
  • Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
  • Mövcud korporativ müştərilərlə işgüzar əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müştərilərlə müvafiq şöbələr arasında əlaqələndirici funksiyasının həyata keçirilməsi;
  • Satışlar barədə mütəmadi təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərə təqdim edilməsi;
  • Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və əlaqələrin qurulması;
  • Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
  • Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
  • Cəlb edilmiş potensial müştərilərin satışın sonlandırılmasınadək təqibi, müştəri məmnunluğunun təmin edilməsi;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Qeyd: Şirkətin xidmətləri və şirkətin satış strategiyaları qısa müddətdə tədris ediləcək.

Vəzifəyə dair tələblər:

  • Təcrübə: M üvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi (vergi və maliyyə xidmətlərinin korporativ satışı, həmçinin bank və sığorta sektorunda analoji təcrübə üstünlükdür);
  • Təhsil: İqtisadiyyat və idarəetmə sahəsində ali təhsil.

Texniki səriştələr:

  • Korporativ satışla bağlı bazar araşdırması aparmaq bacarığı;
  • Korporativ satış sahəsi üzrə nəzəri və praktiki biliklər, satış texnikalarını bilmək;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq (rus və ingilis dillərini bilməsi üstünlükdür);
  • Təqdimetmə və inandırma bacarığı.

Davranış səriştələri:

  • Səbrli və səmimi xarakterə sahib olmaq;
  • Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma bacarığı;
  • Prioritetlərin müəyyənləşdirilməsi və vaxtın effektiv idarə olunması bacarığı;
  • Aktiv dinləmə, güclü telefon və şifahi ünsiyyət bacarıqları;
  • Komanda ilə işləmək bacarığı.

BERC Group MMC sizə nə vəd edir?

  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər; 
  • Rəqabət qabiliyyətli əmək haqqı (tarif maaşı + bonus) ; 
  • Peşəkar korporativ satış təcrübəsi əldə etmək imkanı;
  • Korporativ nömrə və danışıq paketi.
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
  • Nahar yeməyinin təşkili 

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər: 

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Daily23
  • Weekly565
  • Monthly565