BERC Group MMC “Python təlimçisi” vakansiyası üzrə işə qəbul elan edir.
İş barədə məlumat:
- Python proqramlaşdırma dili üzrə təlim proqramlarının hazırlanması və tədris edilməsi;
- Təlim iştirakçılarına Python üzrə nəzəri və praktiki biliklərin aşılanması;
- Real layihələr, biznes nümunələri və praktiki tapşırıqlar əsasında dərslərin keçirilməsi;
- Obyekt yönümlü proqramlaşdırma (OOP) prinsiplərinin izah edilməsi və praktiki nümunələr üzərindən tətbiqi;
- Fayllarla işləmə, xəta idarəetməsi (Exception Handling) və Python kitabxanalarından istifadə üzrə praktiki biliklərin verilməsi;
- Pandas, NumPy və digər geniş istifadə olunan Python kitabxanaları ilə işləmə bacarıqlarının öyrədilməsi;
- API-lərlə işləmə, məlumatların emalı və avtomatlaşdırma üzrə praktiki nümunələrin təqdim edilməsi;
- Təlim iştirakçılarının praktiki tapşırıqlarının, layihələrinin və kodlarının yoxlanılması, müvafiq geribildirimlərin verilməsi;
- Tədris materiallarının, təqdimatların, kod nümunələrinin və praktiki çalışmaların hazırlanması;
- Təlim proqramının səviyyəsinə uyğun olaraq iştirakçıların inkişafının izlənilməsi.
Vəzifəyə dair bilik, bacarıqlar və tələblər:
- Python proqramlaşdırma dili üzrə minimum 3 il praktiki iş təcrübəsi;
- Python sintaksisi və əsas proqramlaşdırma prinsipləri üzrə yüksək səviyyədə bilik;
- Obyekt yönümlü proqramlaşdırma (OOP) üzrə yaxşı bilik və praktiki təcrübə;
- Pandas, NumPy və digər Python kitabxanaları ilə işləmə bacarığı;
- REST API və JSON məlumat strukturları ilə işləmə təcrübəsi;
- Git və GitHub üzrə baza və ya yaxşı səviyyədə bilik;
- SQL üzrə biliklərin olması;
- Alqoritmik və analitik düşünmə bacarığı;
- Clean Code prinsipləri və proqramlaşdırmada yaxşı təcrübələr barədə anlayış;
- Debugging və problem həll etmə bacarığı;
- Təlim və təqdimat keçmək bacarığı;
- Auditoriya ilə effektiv kommunikasiya qurmaq bacarığı;
- Mürəkkəb texniki mövzuları sadə və praktiki nümunələr üzərindən izah etmək qabiliyyəti;
- Azərbaycan dilində səlis danışıq və təqdimat bacarığı.
Əlavə üstünlüklər:
- Python, Software Development, Data Science və ya əlaqəli sahədə beynəlxalq sertifikatların olması;
- Django, Flask və ya FastAPI framework-ləri ilə praktiki iş təcrübəsi;
- Data Science, Machine Learning və ya avtomatlaşdırma layihələrində Python-dan istifadə təcrübəsi;
- Təlimçi kimi əvvəlki təcrübə;
- Korporativ və ya peşə təlimlərinin keçirilməsi təcrübəsi;
- GitHub profilində real Python layihələrinin mövcudluğu;
- Real layihələr üzrə hazırlanmış tətbiq, avtomatlaşdırma həlli və ya digər Python əsaslı portfolio nümunələrinin olması.
İş qrafiki və əməkdaşlıq formatı:
- Təlimçi təlim proqramlarının keçirilmə saatlarına uyğun olaraq cəlb edilir;
- Vakansiya əlavə iş yeri kimi də uyğundur;
- Təlim saatları əvvəlcədən razılaşdırılır və təlimçinin mövcud iş qrafiki nəzərə alınır.
BERC şirkətlər qrupu sizə nə vəd edir?
- Geniş imkanlar təqdim edən texnoloji mühit;
- Naharla təminat və idman zalından (daxildə) istifadə.
Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər, namizədlər əmin olsun ki, LinkedIn profili (opsional), Portfolio, GitHub və ya uyğun layihə nümunələri (mövcuddursa) CV-lərdə var və əlçatandır.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.