İş barədə məlumat:
- Ofisə daxil olan qonaqların nəzakətlə qarşılanması, məqsədinin dəqiqləşdirilməsi və müvafiq şöbə və ya məsul şəxsə yönləndirilməsi
- Daxil olan telefon zənglərinin cavablandırılması, zənglərin aidiyyəti üzrə ötürülməsi və zəruri hallarda qeydlərin aparılması
- Elektron poçt vasitəsilə daxil olan sorğuların qəbul edilməsi, ilkin cavablandırılması və aidiyyəti struktur bölmələrinə yönləndirilməsi
- Müəssisəyə daxil olan və müəssisədən göndərilən sənədlərin qeydiyyat jurnalında və ya elektron sistemdə düzgün şəkildə qeydiyyata alınması
- Sənədlərin təsnifləşdirilməsi, arxivləşdirilməsi və məxfilik qaydalarına uyğun saxlanılmasına nəzarət
- Gündəlik kargüzarlıq işlərinin icrası, daxili yazışmaların hazırlanması və sənəd dövriyyəsinin düzgün təşkilinə dəstək
- Görüş və iclasların tarix və vaxtının razılaşdırılması, görüş otaqlarının hazırlanması və iştirakçıların məlumatlandırılması
- Rəhbərlik və əməkdaşlar üçün inzibati xarakterli tapşırıqların operativ şəkildə icrası
- Ofis ləvazimatlarının (kağız, dəftərxana malları və s.) mövcudluğuna nəzarət və ehtiyac yarandıqda sifarişlərin bildirilməsi
- Ofis texnikasından (printer, skaner, kopyalama aparatları və s.) düzgün istifadə və yaranan texniki problemlər barədə məsul şəxslərə məlumat verilməsi
- Ofisdə nizam-intizamın və işgüzar mühitin qorunmasına dəstək
- Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların vaxtında və keyfiyyətli icrası
Vəzifəyə dair bilik, bacarıqlar və tələblər:
- Təcrübə: Müvafiq sahədə minimum 1-2 illik iş təcrübəsi
Dil bilikləri:
- Azərbaycan dilində səlis və aydın danışıq;
- Rus dili biliyi mütləqdir;
- İngilis dili biliyi üstünlükdür.
Texniki səriştələr:
- MS Office (Word, Excel) proqramlarında orta səviyyədə işləmək
- İşgüzar telefon və e-mail ünsiyyəti qaydalarını bilmək
- Sənədlərlə işləmək üzrə baza biliklər
- Operativlik və tapşırıqları vaxtında icra etmək bacarığı
- Ofis texnikasından (printer, skaner və s.) istifadə bacarığı
Davranış səriştələri:
- İşgüzar etikaya və korporativ davranış qaydalarına riayət
- Ünsiyyətcil, diqqətli və nəzakətli davranış
- Məsuliyyətli və öyrənməyə açıq yanaşma
- Stressli vəziyyətlərdə sakit və peşəkar qalmaq bacarığı
- Dəqiqlik, intizam və nizamlı iş tərzi
Əmək haqqı: 500-600 manat.
BERC şirkətlər qrupu sizə nə vəd edir?
- Rəqabət qabiliyyətli əmək haqqı
- Korporativ nömrə və danışıq paketi
- Təlim və kurslardan endirimli yararlanmaq imkanı
- Cəmiyyətin ofisindəki fitnes mərkəzdən ödənişsiz istifadə imkanı;
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
- Nahar yeməyi şirkət tərəfindən qarşılanır.
Uyğun namizədlər Müraciət Et düyməsində göstərilən linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.