BERC Group MMC İnsan Kapitalı Mərkəzinə SMM üzrə təlimçi vakansiyası üzrə işə qəbul elan edir. Seçiləcək namizədlər BERC İKM daxilindəki daimi təlimlərə və ya layihə əsaslı təlim proseslərinə cəlb ediləcəklər.
İş barədə məlumat:
- SMM (Sosial Media Marketinq) üzrə dərslərin keçirilməsi
- Tədris proqramının hazırlanması və yenilənməsi
- Kontent planlama, kreativ yanaşma və praktiki tapşırıqların hazırlanması
- Sosial media platformalarının (Instagram, Facebook, TikTok, LinkedIn) alqoritmlərini izah etmək
- Tələbələrin real biznes hesabları üzərində praktiki çalışmağını təmin etmək
- Analitika, reklam menecmenti və kontent strategiyalarının tədrisi
- Tələbələrin işlərini dəyərləndirmək və geridönüş vermək
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Ali təhsilli (müvafiq sahə üzrə ali təhsilin olması arzu olunandır)
- Müvafiq sahə üzrə minimum 5 il təcrübəsinin olması;
- Beynəlxalq və ya yerli sertifikatının olması (mütləqdir);
- Sosial media platformalarında kampaniya yaradılması və idarəetmə təcrübəsi
- Meta Business Suite, Ads Manager, TikTok Ads və digər reklam alətləri üzrə bilik
- Kreativ düşüncə və yüksək vizual anlayış
- Mövzunu aydın və strukturlaşdırılmış formada izah etmək bacarığı
- Təlim keçmə təcrübəsi üstünlük sayılır
Texniki biliklər:
- Kontent planlama və strategiya hazırlamaq
- Hədəf auditoriya analizi, rəqabət analizi
- Reklam kampaniyalarının qurulması və optimizasiyası
- Sosial media trendləri, alqoritmlər və engagement taktikaları
- Copywriting — qısa, satış yönümlü və kreativ mətnlər yaza bilmə
- Analitika alətləri: Meta Insights, Google Analytics və s.
- Brendin ton of voice-unun idarə edilməsi
Əlavə biliklər:
- Canva və ya digər dizayn alətləri ilə sürətli vizual hazırlamaq bacarığı
- CapCut və/veya Adobe Premiere ilə qısa video montaj bacarığı
- Influencer marketing üzrə biliklər
- Storytelling texnikaları
- SEO və rəqəmsal marketinq üzrə baza bilikləri
- Social listening və community management təcrübəsi
BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Rəqabət qabiliyyətli əmək haqqı.
- Nahar şirkət tərəfindən qarşılanır
- İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı)
Uyğun namizədlər Müraciət Et düyməsində göstərilən linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.