BERC Group MMC satış komandasına “telesatış ” təcrübə vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin xidmətlərini potensial müştərilərə tanıtmaq üçün şirkət tərəfindən təqdim edilmiş müştəri bazası əsasında zəng vasitəsilə əlaqələrin saxlanılması;
- İş adamları, kiçik və orta biznes subyektlərinin BERC şirkətlər qrupunun professional xidmətlərinə olan ehtiyaclarının ilkin müəyyənləşdirilməsi və bu ehtiyacların əlaqədar şöbələrə ötürülməsi;
- Telefon zəngləri vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsinə dəstək;
- Xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılmasında iştirak;
- Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması, müvafiq şöbələrlə müştərilər arasında əlaqələndirici (CRM) funksiyasının həyata keçirilməsində iştirak;
- Potensial müştərilərə xidmət təklif ilə bağlı təqdimatlarının və digər marketinq materiallarının göndərilməsi, onların cari vəziyyəti və nəticəsinin izlənməsinə dəstək;
- Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
- Sağlam müştəri münasibətlərin korporativ standartlara və biznes etikasına uyğun formada qurulmasına dəstək;
- Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
- Xidmətlərin təşviqi və/və ya şirkət xidmətlərinin göstərilməsi üzrə müştərilərlə telefon danışıqları ilə bağlı rəhbər tərəfindən hər hansı digər tapşırıqların yerinə yetirilməsi.
Qeyd: Şirkətin xidmətləri təlimlər vasitəsilə tədris ediləcək.
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Ali təhsili;
- İqtisadi biliklərin olması vacibdir;
- Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmaq;
- Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma;
- Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı;
- Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
- Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus dili və ingilis dili üzrə bilikləri olması üstünlükdür);
- Komanda ilə işləmək bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Təqdimetmə və inandırma bacarığı.
BERC Group MMC sizə nə vəd edir?
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
- Rəqabət qabiliyyətli əmək haqqı (maaş + bonus) ;
- Müxtəlif biznes sahələrini dərindən öyrənmək fürsəti;
- Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
- Korporativ nömrə və danışıq paketi.
- İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı)
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Qeyd: Namizədlərin bilik və bacarıqlarına uyğun olaraq kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələri təklif edilə bilər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.