Telesatış üzrə qrup rəhbəri

  • Deadline 27 June 2025

BERC Group MMC satış komandasına “telesatış üzrə qrup rəhbəri” vakansiyası üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

  • Telesatış komandasının gündəlik fəaliyyətinə nəzarət və rəhbərlik etmək
  • Satış hədəflərinin icrasını təmin etmək və analiz etmək
  • Komanda üzvlərinin motivasiyasını artırmaq və performansını izləmək
  • Müştəri bazasının genişləndirilməsi üçün strategiyalar hazırlamaq
  • Yeni əməkdaşların işə adaptasiyasını təmin etmək və təlimlərini keçmək
  • Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi 

Qeyd: Şirkətin xidmətləri təlimlər vasitəsilə tədris ediləcək.

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Ali təhsili(Biznesin idarə olunması, marketinq və ya əlaqədar sahələr üzrə üstünlük verilir) ;
  • İqtisadi biliklərin olması vacibdir;
  • Telesatış və ya satış sahəsində minimum 2 il rəhbər vəzifədə təcrübə
  • Liderlik, komanda idarəetməsi və motivasiya bacarığı
  • Analitik düşüncə və nəticəyönümlü iş prinsipi 
  • Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmaq;
  • Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma;
  • Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı; 
  • Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
  • Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus dili və ingilis dili üzrə bilikləri  olması üstünlükdür);
  • Komanda ilə işləmək bacarığı;
  • MS Office proqramlarında  sərbəst işləmək bacarığı;
  • Təqdimetmə və inandırma bacarığı.

BERC Group MMC sizə nə vəd edir?

  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
  • Rəqabət qabiliyyətli əmək haqqı (maaş + bonus) ;
  • Müxtəlif biznes sahələrini dərindən öyrənmək fürsəti;
  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
  • Korporativ nömrə və danışıq paketi.
  • İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı)
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Qeyd: Namizədlərin bilik və bacarıqlarına uyğun olaraq kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələri təklif edilə bilər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Daily11
  • Weekly618
  • Monthly1103