BERC Venture Studio müasir texnoloji həllər yaradan, proqram təminatı və innovativ məhsullar üzərində çalışan bir komandadır. Məqsədimiz — istifadəçiyə dəyər verən, funksional və estetik baxımdan mükəmməl məhsullar yaratmaqdır. Bu yolçuluqda UX/UI Dizayner kimi sən də bizimlə ol!
İş barədə məlumat:
- Web və mobil platformalar üçün istifadəçi yönümlü interfeyslərin dizaynı
- İstifadəçi tədqiqatları aparmaq, istifadəçi personası və səyahət xəritələri yaratmaq
- Wireframe, low/high-fidelity prototiplər və interaktiv dizaynlar hazırlamaq
- İnkişaf (development) və məhsul komandası ilə sıx əməkdaşlıq etmək
- İstifadəçi testlərini planlamaq, nəticələrə əsasən dizaynlarda dəyişikliklər etmək
- Mövcud interfeyslərin istifadəçi təcrübəsini təhlil edib təkmilləşdirmək
Vəzifəyə dair bilik,bacarıqlar və tələblər:
- Təhsil: Ali təhsil.
- Təcrübə: UX/UI dizayn sahəsində minimum 2 il iş təcrübəsi
- Güclü və real layihələri əhatə edən portfolio təqdim etmə
Texniki səriştələr:
- Figma, Adobe XD, Sketch və s. dizayn alətləri ilə sərbəst işləmək bacarığı
- Responsive dizayn prinsipləri və mobil öncelikli düşüncə tərzinə sahib olmaq
- UX tədqiqat metodologiyaları, istifadəçi testləri və analitik düşüncə bacarığı
Davranış səriştələri:
- Komanda ilə effektiv əməkdaşlıq bacarığı
- Yaradıcı və problem-yönümlü düşüncə tərzi
Əlavə üstünlüklər:
- Rəqəmsal məhsul komandasında işləmək təcrübəsi
- Micro-interaction, motion design və animasiya üzrə biliklər
- HTML/CSS və frontend texnologiyalarına ümumi anlayış
- Agile/Scrum mühitində iş təcrübəsi
BERC şirkətlər qrupu sizə nə vəd edir?
- Geniş imkanlar təqdim edən texnoloji mühit
- Real məhsul və istifadəçilərlə işləmək imkanı
- Naharla təminat və idman zalından (daxildə) istifadə
- Gələcək karyera inkişafı və peşəkar inkişaf üçün dəstək
- Yaradıcılığa və təşəbbüslərə açıq komanda
- Rəqabətqabiliyyətli əmək haqqı.
Uyğun namizədlər Müraciət Et düyməsində göstərilən linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər, namizədlər əmin olsun ki, portfoliosunun linki CV-lərdə var və əlçatandır. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.