Web Development üzrə təlimçi

  • Истекает 21 декабрь 2025

BERC Group MMC İnsan Kapitalı Mərkəzinə Web Development üzrə təlimçi  vakansiyası üzrə işə qəbul elan edir. Seçiləcək namizədlər BERC İKM daxilindəki daimi təlimlərə və ya layihə əsaslı təlim proseslərinə cəlb ediləcəklər. 

İş barədə məlumat:

  • Web Development üzrə (HTML, CSS, JavaScript, React və ya digər frameworklər) tədrisin keçirilməsi
  • Tədris proqramının hazırlanması və təkmilləşdirilməsi
  • Təlim materialları, praktiki tapşırıqlar və layihələrin hazırlanması
  • Tələbələrin bilik səviyyəsinə uyğun tədris metodlarının tətbiqi
  • Tələbələrin inkişafını izləmək və geridönüş vermək

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Ali təhsilli (müvafiq sahə üzrə ali təhsilin olması arzu olunandır)
  • Müvafiq sahə üzrə minimum 5 il təcrübəsinin olması (mütləqdir);
  • Beynəlxalq və ya yerli sertifikatının olması (mütləqdir);
  • İşində məsuliyyətli, punktual, kreativ, həvəsli və operativ olmaq;
  • Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (ingilis və və rus dilləri üzrə bilikləri  olması üstünlükdür); 
  • Müasir web texnologiyaları (HTML5, CSS3, JavaScript, Git, React/Vue/Angular) üzrə dərin bilik. Responsive Design, mobil adaptiv səhifələrin hazırlanması
  • UI/UX prinsipləri, dizayn düşüncə tərzinin əsasları
  • Git və GitHub/GitLab ilə versiya nəzarət sistemi
  • REST API, JSON və backend ilə inteqrasiya
  • Webpack, Vite, npm, Yarn kimi build/tooling vasitələri
  • SASS / SCSS, Tailwind CSS və digər CSS frameworkləri
  • SEO əsasları (technical SEO — struktur, sürət, semantik etiketlər)
  • Figma ilə işləmək bacarığı (layout oxuma, elementləri təhlil etmək)
  • Agile / Scrum metodologiyası hakkında anlayış
  • Cross-browser və cross-platform uyğunluq bilikləri
  • Performance Optimization (saytın sürətinin artırılması)
  • Accessibility (A11Y) üzrə əsas anlayışlar
  • Hosting və Deployment (Vercel, Netlify, cPanel və s.)
  • Database əsasları (MySQL, PostgreSQL və ya MongoDB haqqında ümumi bilik)
  • Tədris prosesini aydın və anlaşıqlı şəkildə təqdim edə bilmək;
  • Yaradıcı yanaşma, məsuliyyətli və komandada işləmək bacarığı;
  • Praktiki bilikləri izah etmək və dəstəkləmək bacarığı.

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Rəqabət qabiliyyətli əmək haqqı.
  • Nahar şirkət tərəfindən qarşılanır
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı)

Uyğun namizədlər Müraciət Et düyməsində göstərilən linkdən istifadə edərək vakansiya üzrə müraciət edə bilərlər. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Daily0
  • Weekly0
  • Monthly1652