E-Ticarət (E-Commerce) Mütəxəssisi

  • Истекает 29 октябрь 2026

BETA komandası olaraq e-ticarət fəaliyyətimizin inkişafı ilə əlaqədar E-Ticarət (E-Commerce) Mütəxəssisi axtarırıq.

Əsas vəzifə və öhdəliklər

  • Şirkətin veb-saytının admin panelində (OpenCart, WordPress və s.) işləmək;
  • E-ticarət platformalarında məhsulların yerləşdirilməsi və məlumatların mütəmadi yenilənməsi;
  • Yeni məhsulların sistemə əlavə edilməsi və məhsul kartlarının hazırlanması;
  • Məhsul adları, təsvirləri, qiymətləri, stok vəziyyəti və vizual materialların yenilənməsi;
  • Məhsulların e-ticarət platformalarında düzgün və tam şəkildə idarə olunması;
  • Onlayn sifarişlərin izlənilməsi və icra prosesinin koordinasiyasında iştirak;
  • Satış nəticələrinin izlənilməsi və müvafiq hesabatların hazırlanması;
  • E-ticarət proseslərinin fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi.

Tələblər

  • Ali təhsil;
  • E-ticarət sahəsində minimum 1 il iş təcrübəsi;
  • OpenCart, WordPress və ya digər CMS platformaları ilə işləmə bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel üzrə yaxşı bilik;
  • Məhsul məlumatlarının sistemə daxil edilməsi və idarə olunması bacarığı;
  • Məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyətinə malik olmaq;
  • Komandada işləmək bacarığı;
  • Operativlik və detallara diqqət.

Qeyd: Bəy namizədlərə üstünlük verilir.

İş şərtləri

  • Əmək haqqı: 700 AZN NET + bonus
  • İş qrafiki: 6 günlük iş həftəsi, 08:30–17:30
  • İş yeri: Ziya Bünyadov prospekti 2061
  • Nahar şirkət tərəfindən qarşılanır

Müraciət qaydası

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “E-Ticarət Mütəxəssisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

 

  • Daily1
  • Weekly365
  • Monthly1