Vakansiya: Marketing üzrə aparıcı mütəxəssis
Şirkət: “Best-tarim” QSC
İş qrafiki: 6 günlük iş həftəsi
Təminat: Nahar yeməyi şirkət tərəfindən qarşılanır
E-mail: [email protected]
“Best-tarim” QSC dinamik, yaradıcı və nəticəyönümlü Aparıcı Marketinq Mütəxəssisi axtarır! Əgər siz həm rəqəmsal, həm də ənənəvi marketinq sahəsində təcrübəlisinizsə, komandamıza qoşulmağa dəvətlisiniz.
Vəzifə Öhdəlikləri:
Marketinq strategiyalarının hazırlanması və icrasında iştirak etmək
Rəqəmsal marketinq kampaniyalarının planlaşdırılması, idarə olunması və analizi
Sosial media platformaları (SMM) üçün məzmun planının hazırlanması və koordinasiyası
Ənənəvi marketinq (ATL/BTL) fəaliyyətlərini və promo-kampaniyaları təşkil etmək
Reklam kampaniyalarının effektivliyini ölçmək və dövri hesabatlar hazırlamaq
Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini izləmək və təhlil etmək
Agentliklər, tərəfdaşlar və digər təchizatçılarla kommunikasiyanı idarə etmək
Satış komandası ilə koordinasiyalı işləmək və marketinq dəstəyi göstərmək
Marketinq büdcəsinin idarə olunmasında dəstək göstərmək
Namizədə Dair Tələblər:
Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil
Marketinq sahəsində minimum 3 il iş təcrübəsi
Ənənəvi marketinq (BTL/ATL) prinsipləri və alətləri üzrə biliklər
Promo-kampaniyaların, stimullaşdırıcı aksiyaların təşkili və idarə edilməsi təcrübəsi
Rəqəmsal marketinq alətləri və sosial media platformaları üzrə mükəmməl biliklər
Meta Ads platformaları ilə işləmək bacarığı
Analitik düşüncə və məlumatların təhlili (data analysis) qabiliyyəti
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
İngilis dili (Intermediate - B1/B2) və Türk dili (sərbəst) bilikləri
MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) sərbəst işləmək bacarığı
Şəxsi Keyfiyyətlər:
Kreativ, innovativ və nəticəyönümlü düşüncə
Güclü ünsiyyət, təqdimat və komandada işləmək bacarığı
Zamanın effektiv idarə olunması (Time management)
Biz Nə Təklif Edirik?
Rəqabətqabiliyyətli əmək haqqı
AR Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
Rahat, müasir və dinamik iş mühiti