BETA komandası olaraq e-ticarət fəaliyyətimizin inkişafı ilə əlaqədar E-Ticarət (E-Commerce) Mütəxəssisi axtarırıq.
Əsas vəzifə və öhdəliklər
- Şirkətin veb-saytının admin panelində (OpenCart, WordPress və s.) işləmək;
- E-ticarət platformalarında məhsulların yerləşdirilməsi və məlumatların mütəmadi yenilənməsi;
- Yeni məhsulların sistemə əlavə edilməsi və məhsul kartlarının hazırlanması;
- Məhsul adları, təsvirləri, qiymətləri, stok vəziyyəti və vizual materialların yenilənməsi;
- Məhsulların e-ticarət platformalarında düzgün və tam şəkildə idarə olunması;
- Onlayn sifarişlərin izlənilməsi və icra prosesinin koordinasiyasında iştirak;
- Satış nəticələrinin izlənilməsi və müvafiq hesabatların hazırlanması;
- E-ticarət proseslərinin fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- E-ticarət sahəsində minimum 1 il iş təcrübəsi;
- OpenCart, WordPress və ya digər CMS platformaları ilə işləmə bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel üzrə yaxşı bilik;
- Məhsul məlumatlarının sistemə daxil edilməsi və idarə olunması bacarığı;
- Məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyətinə malik olmaq;
- Komandada işləmək bacarığı;
- Operativlik və detallara diqqət.
Qeyd: Bəy namizədlərə üstünlük verilir.
İş şərtləri
- Əmək haqqı: 700 AZN NET + bonus
- İş qrafiki: 6 günlük iş həftəsi, 08:30–17:30
- İş yeri: Ziya Bünyadov prospekti 2061
- Nahar şirkət tərəfindən qarşılanır
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya elektron poçt ünvanına göndərə bilərlər [email protected]