Backend Developer Senior

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Backend Developer Senior

  • Deadline 15 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Proqram təminatının inkişafı üçün proqramçılar, analitiklər və layihə rəhbərləri ilə əməkdaşlıq etmək
  • Hazırlanan proqram təminatının tələblərə uyğunluğunu yoxlamaq və təmin etmək
  • Mövcud problemləri və xətaları analiz edərək aradan qaldırmaq, proqram təminatını təkmilləşdirmək
  • Məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə konfiqurasiya və nəzarət mexanizmləri hazırlamaq
  • Kod keyfiyyətini qorumaq və “code review” proseslərində aktiv iştirak etmək
  • Yeni texnologiyaları araşdırmaq və onların tətbiqi ilə bağlı təşəbbüskarlıq göstərmək
  • Texniki sənədlərin hazırlanmasında iştirak etmək  

Davranış bacarıqları

  • Təhlil etmək və problem həll etmək bacarığı.
  • Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq
  • Komandada işləmək bacarığı

Xüsusi tələblər

  • Kompüter elmləri, kompüter mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi
  • C# (.NET Core / .NET Framework) ilə backend proqramlaşdırmada minimum 5 illik təcrübə
  • PostgreSQL, SQL Server, MongoDB və Redis verilənlər bazaları ilə işləmə bacarığı
  • OOP, Design patterns, Design principles yanaşmaları üzrə biliklər
  • REST API-lərin hazırlanması və digər sistemlərlə inteqrasiyada təcrübə
  • TDD və BDD yanaşmaları üzrə praktiki təcrübə (NUnit, xUnit və s.)
  • CI/CD, Docker və Kubernetes ilə işləmə bacarığı
  • RabbitMQ, Kafka və ya digər message queue sistemləri ilə asinxron işləmə bacarığı
  • Təhlükəsiz identifikasiya və avtorizasiya üzrə biliklər (JWT, OAuth2, OpenID Connect)

Üstünlük hesab olunur

  • gRPC, SignalR ilə real-time sistemlərin qurulması təcrübəsi
  • Clean Architecture və Hexagonal Architecture ilə işləmə təcrübəsi
  • Monitoring və sistem performansının izlənməsi üçün ən azı bir müvafiq alətlə (Application Insights, Prometheus, Grafana və s.) iş təcrübəsi

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Başlıq: maraqlanan namizədlər cv-ləri “Backend Developer Senior ” başlığı altında göndərə bilərlər

  • Daily92
  • Weekly456
  • Monthly1713