Layihə Rəhbəri (İT İnfrastruktur)

  • Истекает 15 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Bu vəzifə üzrə namizəd İT infrastrukturu, sistem inteqrasiyası və proqram təminatı layihələrinin planlaşdırılması, koordinasiyası və uğurla icrasına rəhbərlik edəcək. Eyni zamanda bir neçə layihəni paralel idarə edə bilən, nəticəyönümlü və güclü təşkilatçılıq bacarıqlarına malik namizəd axtarırıq.

Əsas vəzifələr

  • İT infrastrukturu, sistem inteqrasiyası və proqram təminatı layihələrini planlaşdırmaq və idarə etmək; 
  • Layihələrin əhatə dairəsini, vaxt qrafikini və resurs ehtiyaclarını müəyyənləşdirmək; 
  • Layihələrin büdcəsini, vaxt qrafikini, resurslarını və nəticələrini idarə etmək; 
  • Daxili komandalar, sifarişçilər, biznes tərəfləri və xarici təchizatçılar arasında koordinasiyanı təmin etmək; 
  • Layihə üzrə gündəlik fəaliyyətləri idarə etmək, tapşırıqların vaxtında və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək; 
  • Layihə risklərini və yarana biləcək problemləri müəyyənləşdirmək, onların həlli və idarə olunmasını təmin etmək; 
  • Layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət tələbləri çərçivəsində tamamlanmasına nəzarət etmək; 
  • İT siyasətlərinə, texniki standartlara və informasiya təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək; 
  • Test, tətbiq, sənədləşdirmə və layihənin təhvil verilməsi proseslərini koordinasiya etmək; 
  • Layihələrin gedişatı barədə rəhbərliyə və maraqlı tərəflərə mütəmadi hesabatlar təqdim etmək; 
  • Rəhbərlik tərəfindən vəzifə üzrə verilən digər tapşırıqları yerinə yetirmək. 

Tələblər

  • İnformasiya texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya digər uyğun ixtisas üzrə ali təhsil; 
  • Layihələrin idarə edilməsi sahəsində minimum 4–5 il iş təcrübəsi; 
  • İT infrastrukturu, sistem inteqrasiyası və ya proqram təminatı layihələri üzrə praktiki təcrübə; 
  • Orta və irimiqyaslı inteqrasiya layihələrinin başlanğıcdan təhvil mərhələsinədək idarə olunması üzrə təcrübə; 
  • Agile, Waterfall və ya Hybrid layihə idarəetmə metodologiyaları üzrə bilik; 
  • MS Office proqramları, xüsusilə MS Project ilə işləmə bacarığı; 
  • Azure DevOps, ManageEngine və ya digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı; 
  • İT siyasətləri, texniki standartlar və informasiya təhlükəsizliyi tələbləri haqqında anlayış; 
  • ISO 9001, ISO 27001 və digər müvafiq idarəetmə standartları üzrə bilik arzuolunandır; 
  • Güclü liderlik, ünsiyyət, danışıqlar aparma, analitik düşünmə və problem həll etmə bacarıqları; 
  • Vaxtın effektiv idarə olunması və güclü təşkilatçılıq bacarığı; 
  • Bir neçə layihəni eyni vaxtda effektiv idarə etmək və gərgin iş şəraitində çevik qərarlar vermək bacarığı; 
  • Texniki və biznes tərəfləri ilə effektiv əməkdaşlıq etmək bacarığı. 

Dil bilikləri

  • Azərbaycan dili – sərbəst; 
  • İngilis dili – əla; 
  • Rus dili – əla.

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily115
  • Weekly253
  • Monthly1348