Marketing manager (stratejik & kreatif)

  • Истекает 17 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz Azərbaycan qənnadı və çörək sənayesində istifadə olunan xammalların ən böyük təchizatçılarından biridir. Məqsədimiz marketinqi sosial media səviyyəsindən çıxarıb bazar yönləndirən funksiyaya çevirməkdir.

Vəzifənin məqsədi

  • Yeni məhsulların bazar konseptinin qurulması
  • Müştəri ehtiyaclarının analiz edilməsi və məhsula çevrilməsi
  • Qida istehsalçıları, şirniyyat sexləri və fabriklər üçün məhsul dəyəri formalaşdırmaq
  • Şirkəti sadəcə təchizatçı yox, sənaye lideri brendinə çevirmək

Sizin əsas rolunuz

  • Bu vəzifədə siz post planı yazmayacaqsınız.
  • Siz bazarın istiqamətini formalaşdıracaqsınız.

Siz nə edəcəksiniz:

  • Azərbaycan qənnadı və çörək sektorunda bazar araşdırmaları aparmaq
  • Yeni məhsullar üçün konsept və istifadə ssenariləri hazırlamaq
  • Müştəri seqmentasiyası və davranış analizləri qurmaq
  • Müştərilər üçün məhsul təqdimat strukturu yaratmaq (resept, istifadə forması, satış üstünlüyü)
  • Məhsul portfelini yenidən strukturlaşdırmaq (hansı məhsul kimə satılmalıdır)
  • Satış komandası üçün satış hekayəsi və təqdimat dili qurmaq
  • Məhsul kampaniyaları və tanıtım layihələri yaratmaq (sadəcə reklam yox, bazar hadisəsi yaratmaq)
  • Sərgilər, ustad dərsləri, workshop və B2B tədbirlər konsepti qurmaq
  • Brend kitabçası, məhsul kataloqları və dizayn istiqamətini formalaşdırmaq
  • Kreativ komandanı və SMM fəaliyyətlərini idarə etmək (amma əsas işiniz bu olmayacaq)

Aşağıdakı xüsusiyyətlər mütləqdir:

  • Minimum 5 il marketing təcrübəsi (idarəedici səviyyədə)
  • B2B sektorunda təcrübə (üstünlük: qida, FMCG və ya distribusiya)
  • Market research aparma bacarığı
  • Məhsul konsepti qurma təcrübəsi
  • Kreativ düşünmə və ideya istehsal etmə bacarığı
  • Analitik düşünmə və bazar oxuma qabiliyyəti
  • Komanda idarəetmə təcrübəsi
  • İngilis dili — mütləq (danışıq və yazı)
  • Referans təqdim edə bilmə

Üstünlük sayılacaq

  • Qida sənayesi təcrübəsi
  • Şeflər, şirniyyat ustaları və ya istehsal fabrikləri ilə işləmə təcrübəsi
  • Məhsul lansmanı etmiş olmaq
  • Tədbir və workshop layihələri qurmuş olmaq
  • Brend quruculuğu təcrübəsi

Biz nə təklif edirik

  • Böyük bazar payına sahib şirkətdə qərarverici rolda işləmək
  • Hazır struktur yox — öz marketing sistemini qurmaq imkanı
  • İdxal və ixrac məhsulları ilə işləmək
  • Sənaye miqyasında layihələr
  • Rəhbərlik səviyyəsində qərar proseslərinə daxil olmaq
  • Rəqabətədavamlı əmək haqqı + bonus sistemi

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily105
  • Weekly347
  • Monthly1643