Bəyaz quru təmizləmə Bəyaz quru təmizləmə
  • 238

Resepşn

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Resepşn

  • Deadline 5 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizəd üçün tələblər:

  • Təhsil: Orta/Orta ixtisas
  • Təcrübə: Aidiyyati sahədə ən azı 1-2 illik iş təcrübəsi 
  • Yaş: 25-40
  • Dil bilikləri: Rus dili biliyi üstünlükdür
  • Kompüter bilikləri: MS Office proqramından istifadə bacarıqları;

Vəzifələr:

  • Müştəriləri nəzakətlə qarşılamaq və onlara xidmət göstərmək.
  • Gətirilən geyim və digər məmulatları diqqətlə yoxlamaq və qəbul etmək.
  • Məmulat üzərində olan ləkə, cırıq, aşınma, düymə çatışmazlığı və digər qüsurları müştərinin iştirakı ilə müəyyən etmək və qeydiyyata almaq.
  • Sifarişləri proqram təminatında və ya qəbul jurnalında düzgün qeydiyyata almaq.
  • Qəbz və sifariş sənədlərini hazırlamaq və müştəriyə təqdim etmək.
  • Xidmət növünə uyğun qiyməti müəyyən etmək və müştəriyə məlumat vermək.
  • Hazır sifarişləri müştəriyə qəbz əsasında təhvil vermək.
  • Müştəri şikayət və müraciətlərini qəbul etmək, aidiyyəti üzrə rəhbərliyə yönləndirmək.
  • Müştəri məlumatlarının məxfiliyini qorumaq.
  • Günlük qəbul və təhvil verilən sifarişlər üzrə hesabat hazırlamaq.
  • Rəhbərliyin verdiyi qanuni tapşırıqları vaxtında yerinə yetirmək.

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş qrafiki
  • Əmək haqqı: müsahibə zamanı qeyd ediləcək 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Resepşn” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily114
  • Weekly424
  • Monthly441