Satış Meneceri (Korporativ Satış)

  • Истекает 26 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Dərman və kimyəvi məhsulların istehsalı ilə məşğul olan müəssisəmizə təcrübəli və nəticəyönümlü Satış Meneceri tələb olunur.

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00 (Şənbə və Bazar – istirahət günü)
  • İş yeri / Ünvan: - Bakı şəhəri, Fatmayi qəsəbəsi
  • Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı + Satışdan bonuslar (Müsahibə əsasında təyin olunur)

Vəzifə öhdəlikləri:

  • Müəssisənin istehsal etdiyi  dərman vasitələrinin şirketlərə satışını təşkil etmək;
  • Potensial korporativ müştərilərin (şirkətlər, müəssisələr, şəbəkələr, xəstəxanalar, təmizlik şirkətləri, topdansatış obyektləri) axtarışı və yeni müştəri bazasının formalaşdırılması;
  • Müştərilərlə işgüzar görüşlərin, təqdimatların və danışıqların keçirilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması, müqavilələrin bağlanması və icrasına nəzarət olunması;
  • Müştəri tələbatlarının öyrənilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
  • Satış planının yerinə yetirilməsi və dövrü hesabatların rəhbərliyə təqdim edilməsi.

Namizədə verilən tələblər:

  • Təhsil: Ali təhsil (Kimya, Əczaçılıq, Biznesin idarə edilməsi, Marketing və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
  • Təcrübə: Satış sahəsində minimum 1–3 il iş təcrübəsi;
  • Müəssisələr, xəstəxanalar, təmizlik şirkətləri, topdansatış obyektləri və digər korporativ müştərilərlə işləmək bacarığı;
  • Ünsiyyət, danışıqlar aparmaq və təqdimat etmək bacarıqlarının yüksek səviyyədə olması;
  • Müştəri bazasını genişləndirmək və yeni əməkdaşlıqlar qurmaq qabiliyyəti;
  • MS Office proqramlarında (Excel, Word, Outlook və s.) sərbəst işləmək bacarığı;
  • Nəticəyönümlülük, məsuliyyətlilik və komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "Satış Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri və ya əlaqə nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Əlaqə nömrəsi: +994 (55) 222-97-18

  • Daily102
  • Weekly352
  • Monthly2324