B Beynəlxalq Təhsil Mərkəzi
  • 108

Beynəlxalq Təhsil Mərkəzi

Образование

Çin dili müəllimi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Çin dili müəllimi

  • Истекает 11 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Beynəlxalq Təhsil Mərkəzi keyfiyyətli təhsili yalnız proqramla deyil, onu doğru şəkildə tələbəyə çatdıran müəllimlə formalaşdırır.

Biz tələbələrin akademik və şəxsi inkişafına töhfə verə bilən, müasir tədris metodlarını tətbiq edən və nəticəyönümlü çalışan Çin dili müəllimlərini komandamıza dəvət edirik.

Namizəddən gözləntilər:

  • Çin dili üzrə yüksək səviyyədə bilik 
  • Minimum “HSK 4” sertifikatı 
  • “HSK 5” və üzəri olan namizədlərə üstünlük verilir 
  • Tədris sahəsində praktiki təcrübə 
  • Müasir və interaktiv tədris metodlarından istifadə bacarığı 
  • Məsuliyyətli, enerjili və inkişafyönümlü yanaşma 
  • Tələbələrlə effektiv ünsiyyət qurmaq bacarığı 

Vəzifə öhdəlikləri:

  • Müxtəlif yaş qrupları üçün Çin dili dərslərinin təşkili 
  • Dərs proqramlarının hazırlanması və effektiv tədrisin həyata keçirilməsi 
  • Tələbələrin inkişafının izlənilməsi və qiymətləndirilməsi 
  • Mərkəzdə tədris standartlarına uyğun fəaliyyət göstərmək 
  • Tələbələrin danışıq, dinləmə, oxu və yazı bacarıqlarını inkişaf etdirmək 

Biz sizə nə təklif edirik?

  • Rəqabətli əmək haqqı sistemi 
  • Stabil və prestijli iş mühiti 
  • Davamlı inkişaf və təlim imkanları 
  • Peşəkar və dəstəkləyici komanda 
  • Karyera inkişafı üçün real imkanlar 

İş yeri: Bakı şəhəri, Ziya Bünyadov 690

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz.

  • Daily0
  • Weekly0
  • Monthly1386