İş təsviri:
- İşə qəbul prosesində iştirak etmək;
- İşə qəbul olan işçilərin şəxsi işlərini hazırlamaq və 1C proqramına əlavə etmək;
- İşə qəbul əmrlərinin, vəzifə dəyişikliyi əmrlərinin və məzuniyyət əmrlərinin yazılması, əmək və digər müqavilələrin hazırlanması;
- Şirkətə aid olan kargüzarlıq işlərinin görülməsi;
- ƏMAS portalında işə qəbul olan, vəzifə dəyişikliyi olan və işdən azad olan işçilərin qeydiyyatını aparmaq;
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin sənədlərinin portala işlənməsi.
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 2 ildən çox iş təcrübəsi
- MC Office proqramlarında, 1C proqramında işləmək bacarığı
- Müvafiq sahədə təlim və sertifikasiyalar üstünlükdür.
- Çevik, stressədavamlı, kollektivlə işləmə bacarığı
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 6 günlük iş qrafiki
- Əmək haqqı 800-900 AZN
- Nahar və servis şirkət tərəfindən təmin olunur (Servis ünvanları: Koroğlu mst, Hövsan, Türkan qəsəbələri).
- Ünvan: Bakı şəhər, Binə Savxozu
Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz, və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.