İş barədə məlumat
- Marketinq strategiyasının müəyyənləşdirilməsi və rəhbərliklə razılaşdırılaraq həyata keçirilməsi
- Şirkətə aid məhsulların tibb müəssisələrində və apteklərində olan həkim və əczaçılara tanıtımının təşkili
- Həvalə edimiş bölgə üzrə aylıq, rüblük və illik satış hədəflərinə çatmaq
- Komanda (qrup) üzvləri ilə görülən işlərin müzakirəsi, təlimatların verilməsi, seçilmiş strategiyanın tətbiqinə nəzarət, ikili vizitlər.
- Tibbi təqdimatların və dəyirmi masaların təşkilində iştirak
- Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək
- Günlük və aylıq hesabatlar vermək
İş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Stabil əmək haqqı və mükafatlar. Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir. (1000-1500 AZN)
- İş rejimi: I - V günlər 09:00-dan-18:00-dək
- Vakansiya yalnız Bakı şəhəri üçün nəzərdə tutulur.
Namizədə tələblər
- Yaş həddi: 27-45
- Cinsi : kişi və ya qadın
- Ali və ya orta təhsil (tibbi təhsil)
- Nevrologiya sahəsində minimum 3-5 il uğurlu iş təcrübəsi
- Məsuliyyətli, punktual, ünsiyyət bacarıqları yüksək, məqsədəyönlü, idarə etmə və analitik bacarıqları olan
- Səlis və aydın nitq, sistemli təqdimat bacarığı
- Hərəkətli iş rejimində və kollektivdə işləmə bacarığı
Bu vakansiya ilə maraqlanan və yuxarıdakı tələblərə cavab verən şəxslər öz CV-lərini mövzu qismində mütləq “Qrup meneceri” sözünü qeyd edib elektron poçt ünvanına göndərə bilər.