Vəzifə öhdəlikləri:
- Dietoloqa gündəlik iş prosesində kömək etmək
- Tapşırıqları yerinə yetirmək, pasiyentləri qarşılamaq, növbəni tənzimləmək,müayinə ardıcıllığını izləmək, nəzarətdə saxlamaq
- Müayinə sonrası həkimin təyinatlarını proqrama qeyd etmək
- İş otağında səliqə yaratmaq və növbəti günə lazımı hazırlıqları görmək
- Pasiyentlərin ilkin məlumatlarını toplamaq və qeydiyyatını aparmaq
- Pasiyentlərlə əlaqə saxlayaraq qəbul vaxtlarını təşkil etmək
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Yaş həddi: 22-35
- Minimum 2 il iş təcrübəsi
- Fikirlərini dəqiq, lakonik ifadə etmək
- Məsuliyyətlilik, diqqətlilik və operativlik
- Pasiyentlərlə etik və nəzakətli ünsiyyət bacarığı
- Kompüter proqramlarından istifadə bacarığı (MS Office)
- Kollektivə uyğunlaşma bacarığı
İş şəraiti:
- İş qrafiki: 6 gün, şənbə günü qısa iş günüdür.
- İstirahət: Bazar günü.
- Əmək haqqı: Müsahibə əsasında razılaşdırılır.
Müraciət qaydası:
Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Dietoloq köməkçisi” qeyd edərək CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.