Qrafik Dizayner

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qrafik Dizayner

  • Истекает 8 февраль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Məkan: Bakı şəhəri, Pişəvəri 110

İş növü: həftə içi 5 gün – 10:00 – 18:00, şənbə günü – 10:00 – 13:00 

Əmək haqqı – 700 – 800AZN

Biz  İnteqrativ Müalicə Mərkəzi (Bioloji Təbabət Klinikası) olaraq, ölkənin 4 regionunda (Bakı, Sumqayıt, Göyçay və Masallı) innovativ səhiyyə xidmətləri göstərən və cəmiyyətə xidmət edən səhiyyə təşkilatıyıq. Klinikamıza müraciət edən pasiyentlər üçün ən yaxşı tibbi xidməti təmin etmək üçün hər zaman keyfiyyətli və effektiv ünsiyyət vasitələrinə ehtiyacımız var. Buna görə də komandamıza dinamik və istedadlı Qrafik Dizayner axtarışındayıq.

Qrafik Dizayner olaraq sizin vəzifəniz xəstəxanamızın vizual identifikasiyası formalaşdırmaq, reklam materialları və rəqəmsal platformalarda yayımlanacaq materialları hazırlamaqdır. Eyni zamanda, siz tibbi hesabatlar, təqdimatlar və digər sənədlər üçün qrafik əsaslı məzmun yaradacaq və vizual dizayn bacarıqlarınızdan istifadə edərək klinikanın tanıtımında fəal rol oynayacaqsınız.

Müraciət edənlərdən tələblərimiz:

  • Dizayn, İncəsənət, Marketinq və ya əlaqəli sahədə ali təhsil. 
  • Qrafik dizayn sahəsində minimum 2-3 illik təcrübə. 
  • Qrafik dizayn proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (Adobe Photoshop, Illustrator). 
  • After Effects bilməsi əlavə üstünlükdür. 
  • Kreativ düşüncə və detallar üzərində işləmə qabiliyyəti. 
  • Zamanı effektiv idarəetmə və sürətli iş təhvil vermə bacarığı.
  • Əvvəlki işlərin təqdim olunduğu portfel, dizayn bacarıqlarını nümayiş etdirmək üçün.

Komandamıza qoşulmaq üçün:

Komandamıza qoşulmaq üçün CV və portfolionuzu mail adresinə, “Qrafik Dizayner” başlığı ilə yönləndirməyiniz mütləqdir.  Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily74
  • Weekly296
  • Monthly324