Vəzifə öhdəlikləri:
- Həkim-stomatoloqa müayinə və müalicə prosesində assistentlik etmək
- Pasiyentlərin qəbula hazırlanması və prosedur sonrası yönləndirilməsi
- Stomatoloji alətlərin sterilizasiyası və dezinfeksiyası qaydalarına ciddi riayət etmək
- Tibbi ləvazimatların hazırlanması və düzgün istifadəsinin təmin edilməsi
- Tibbi sənədləşmənin aparılması və pasiyent kartlarının doldurulması
- Gigiyena və sanitar normalara uyğun iş mühitinin qorunması
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası
Namizədə tələblər:
- Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali tibbi təhsili
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sertifikasiya imtahanından uğurla keçmiş və qüvvədə olan sertifikata malik olmaq (diplomun verildiyi tarixdən 5 il keçibsə)
- Stomatologiya sahəsində minimum 2 il iş təcrübəsi
- Sterilizasiya qaydaları barədə bilik
- Məsuliyyətlilik, diqqətlilik və operativlik
- Pasiyentlərlə etik və nəzakətli ünsiyyət bacarığı
- Komandada işləmək bacarığı
İş şəraiti:
- İş qrafiki: 6 gün, şənbə günü qısa iş günüdür.
- İstirahət: Bazar günü.
- Əmək haqqı: Müsahibə əsasında razılaşdırılır.
Müraciət qaydası:
Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Tibb bacısı (Stomatologiya üzrə)” qeyd edərək CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.