Almaniyanın “Heel” əczaçıllıq məhsullarının satışı üçün şirkətimiz Tibbi Nümayəndə vakansiyasını elan edir.
Əsas tələblər:
- Ali təhsil (Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti-Əczaçılıq, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Universiteti Biologiya ixtisası üzrə bitirənlər )
- Yaş həddi: 21 – 45;
- Xarici görünüş və geyim səliqəli olmalı;
- Komandada işləmək bacarığı;
- Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli
- Səlis və aydın nitq, ünsiyyət qabliyyəti yüksək, sistemli təqdimat və inandırma qabiliyyətləri bacarığı
Vəzifə öhdəlikləri:
- Şirkətin məhsullarını təyin olunmuş ərazi üzrə həkimlərə, tibbi müəssisələrə və apteklərə tanıtmaq;
- Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək;
- Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq;
- Seminar və prezentasiyaları təşkil etmək və keçirmək;
- Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək;
- Gördüyü işlər barəsində gündəlik hesabat hazırlamaq və rəhbərinə təqdim etmək;
- Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək;
İş şəraiti:
- İş qrafiki: 5 gün, saat 09:30 -18:00;
- İstirahət: Şənbə və bazar günləri;
Əmək haqqı: 900-1200 azn
Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzü hissəsində “Tibbi nümayəndə” qeyd edərək CV formalarını elektron poçt ünvanına göndərmələri xahiş olunur.