Tələblər:
- Yaş həddi: 25–35 yaş
- Bakı şəhərində qeydiyyatda olan və Bakı şəhərində yaşayan
- Minimum 1–2 il analoji sahədə iş təcrübəsi
- Natamam ali təhsil (ali təhsil üstünlükdür)
- Rus və ingilis dili biliyi – üstünlükdür
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excel, Outlook və s.)
- 1C proqramı üzrə biliklər – üstünlükdür
- Məsuliyyətli, punktual, stressə davamlı və nizam-intizamlı şəxs olmalı
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malların qəbulu, boşaldılması və düzgün yerləşdirilməsi
- Anbarda səliqə-səhmanın qorunması və nəzarətdə saxlanılması
- Stok qalığının izlənməsi və hesabatlı şəkildə idarə olunması
- Ay sonunda rəhbərliyə müvafiq hesabatların hazırlanması
İş qrafiki:
- Saat: 08:00 – 17:00
- 6 günlük iş həftəsi (Şənbə qısa iş günü)
- İşçi Azərbaycan Respublikası ƏM qanunvericiliyinə əsasən rəsmi qeydiyyata alınır.
Əmək haqqı:
- Ödənişli sınaq müddətindən sonra – 800 AZN
(artan maaş sistemi mövcuddur)
İş yeri: Bakı şəhəri, Dərnəgül
Əlaqə: Korporativ nömrə və mobil telefon təqdim ediləcək
Müraciət qaydası:
CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur. E-poçtun mövzu hissəsində mütləq “Anbardar-köməkçi” vəzifəsini qeyd edin.