Təsvir
- Baş mühəndisin tapşırıqlarına uyğun olaraq texniki işlərin icrası;
- Anbarın elektrik sistemlərinin gündəlik yoxlanılması və xırda nasazlıqların aradan qaldırılması;
- İsitmə, havalandırma və kondisioner (HVAC) sistemlərinin istismarına nəzarət;
- Avadanlıqların planlı texniki baxış və profilaktik təmir işlərinin həyata keçirilməsi;
- Anbarda yaranan texniki nasazlıqlar barədə dərhal baş mühəndisə məlumat verilməsi;
- Xırda təmir-bərpa işlərinin (işıqlandırma, elektrik yuvaları, açarlar, santexnika və s.) yerinə yetirilməsi;
- Texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi;
- İcra olunan işlər üzrə qısa gündəlik və ya həftəlik hesabatların təqdim edilməsi;
- Texniki alət və avadanlıqlardan düzgün və təhlükəsiz istifadə edilməsi;
- Təcili hallarda (elektrik kəsilməsi, avadanlıq nasazlığı və s.) operativ reaksiya verilməsi;
- Ezamlara hazır olmaq.
Tələblər
- Ali və ya orta texniki təhsil (elektrik, mexanika, texniki istismar və ya oxşar sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi;
- Elektrik sistemləri və HVAC üzrə ilkin texniki biliklər;
- Texniki avadanlıqlarla işləmə bacarığı;
- Təhlükəsizlik qaydaları haqqında biliklər;
- Komandada işləmək və verilən tapşırıqları vaxtında icra etmə bacarığı;
- Fiziki cəhətdən işləmək qabiliyyəti;
- Məsuliyyətlilik, diqqətlilik və operativlik;
- Azərbaycan dili – əla (rus dili biliyi üstünlükdür).
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.