Təsvir
Birmarket — Azərbaycanın ən böyük marketplace-i, artıq 5 ildən çox uğurla fəaliyyət göstərir.
Müştəri və tərəfdaş bazamız sürətlə böyüyür və biz bazarda liderliyimizi daha da gücləndiririk.
Bizə İddiaların İdarəedilməsi Meneceri lazımdır — o, bütün şikayət və iddia prosesinə nəzarət edəcək, sistem quracaq və əməliyyatlarda keyfiyyəti yüksəldəcək.
Komanda haqqında:
- Hazırda şikayətlərin idarəolunması şöbəsi formalaşma mərhələsindədir. Sən isə bu sistemin əsas aparıcı şəxsi olacaqsan.
Səni nələr gözləyir?
- Şikayətlərin bütün mərhələlərdə qəbulu və idarə edilməsi
- Təkrarlanan problemlərin səbəblərini araşdırmaq və həll yollarını tapmaq
- Rəsmi cavabların, məktubların və hesabatların hazırlanması
- Logistika, anbar, ticarət və mühasibatlıqla sıx əməkdaşlıq
- İddiaların vaxtında və keyfiyyətlə işlənməsinə nəzarət
- Proses və təlimatların hazırlanması, yenilənməsi
- Hesabatların və analitik təhlillərin aparılması
- Çətin mübahisələrdə şirkəti təmsil etmək
İlk aylarında qarşılaşacaqsan:
- Gündəlik şikayətlərin qəbul edilməsi və cavablandırılması
- Proseslərdə boşluqları görüb onların təkmilləşdirilməsi
- İlk hesabatların hazırlanması (dinamika, səbəblər, həll yolları)
- Daxili prosedurların formalaşdırılmasına töhfə vermək
Biz kimi axtarırıq:
- Şikayətlərin idarəedilməsi və ya müştəri dəstəyi/logistika/hüquq sahəsində ən azı 2 il təcrübəsi olsun
- Azərbaycan və rus dillərini mütləq mükəmməl bilsin, ingilis dili üstünlükdür
- MS Office və verilənlərin idarəetmə sistemlərində işləməyi bacarsın
- Yüksək təşkilatçılıq və koordinasiya bacarıqları ilə seçilsin
Biz nə təklif edirik?
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Tibbi sığorta
- Azərbaycanın ən sürətlə böyüyən şirkətlərindən birində karyera qurmaq imkanı
- Prosesləri qurmaq və dəyişikliklərə real təsir etmək şansı
- Dinamik, mehriban və inkişafyönlü mühit
Seçim mərhələləri:
HR ilə ofline /online müsahibə — Şöbə rəhbəri ilə texniki müsahibə — CSCO (Supply Chain) ilə final müsahibə — iş təklifi
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 3-4 il
İmtiyazlar
- Medical insurance
- Dəyərlisən” PASHA loyality proqramına üzvlük
- Coursera
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.