Təsvir
- Satıcı seqmentləri üzrə icma strategiyasını hazırlamaq, kampaniyaları və tədbirləri planlamaq və idarə etmək
- Bilik bazası, maarifləndirici materiallar, yoxlama siyahıları və video təlimatlar yaratmaq və yeniləmək; self-service alətlərinin istifadəsini təşviq etmək
- Kommersiya və Məhsul komandaları üçün məlumatları toplamaq, analiz etmək və strukturlaşdırmaq; eskalasiyaları və mübahisələri idarə etmək; nəticələr üzrə hesabatlar hazırlamaq
- Satıcılarla bağlı bütün kommunikasiya kanallarını qurmaq, inkişaf etdirmək və idarə etmək
- Strateji tərəfdaşlıqları qurmaq və inkişaf etdirmək
- Satıcı Portalı və Satıcı mobil tətbiqi üçün məhsul strategiyasını formalaşdırmaq və icrasına rəhbərlik etmək
Tələblər
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək (mütləqdir)
- Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq
- Layihə idarəetməsi bacarıqları (Project Management skills)
- Güclü ünsiyyət və təqdimat bacarıqları
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək, xüsusilə PowerPoint
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Vəzifə dərəcəsi Orta səviyyəli
- Təhsil Bakalavr
İmtiyazlar
- Tibbi Sığorta (işçini əhatə edən)
- DeyerliSen (Pasha Group Loyalty Program)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.