BK Azərbaycan MMC BK Azərbaycan MMC
  • 392

BK Azərbaycan MMC

Business

Nəzarət şöbəsinin növbətçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nəzarət şöbəsinin növbətçisi

  • Deadline 17 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşəgötürən: “BK Azərbaycan” MMC,  Burger King restoranlar şəbəkəsi

Namizədə aid tələblər:

  • Orta ixtisas və ya ali təhsilli olması;
  • Monitorinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis azərbaycan dili bilikləri;
  • Komandada işləmək bacarığı;
  • Yüksək müşahidə qabiliyyəti, analitik düşüncə və məsuliyyətlilik; 
  • Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
  • Rəislərin əmrlərinin vaxtında və düzgün icrası;
  • Araşdırma aparmaq, operativ qərar vermək və reaksiya göstərmək qabiliyyəti, stresə davamlılıq bacarığı;
  • Microsoft Office üzrə yaxşı biliklər və kamera nəzarət sistemlərindən istifadə bacarığı ;
  • Azərbaycan Respublikası SQ hərbi xidmət keçmiş olması arzuolunandır.

Əsas vəzifə öhdəlikləri:

  • Kameralar vasitəsilə restoranlarda gündəlik fəaliyyətin müşahidə edilməsi və lazımi qeydlərin aparılması;
  • Dələduzluq riskləri ilə bağlı halların izlənilməsi və nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması;
  • Daxili qayda pozuntuları, şübhəli halların müəyyənləşdirilməsi və onlarla bağlı detallı araşdırmaların aparılması, qeydlərin aparılması və rəislərə məruzə edilməsi;
  • Oğurluq, əmlakdan sui-istifadə hallarının aşkarlanması, qeydlərin aparılması və rəhbərliyə vaxtında məruzə edilməsi;
  • Restoranlarda bütün kassalarda maliyyə əməliyyatlarının düzgün aparılmasına nəzarət olunması, uyğunsuzluqların qeydə alınması və rəislərə vaxtında məruzə edilməsi ;
  • Restoranlarda mövcud seyflərlə bağlı maliyyə təhlükəsizliyi əməliyyatlarının düzgün aparılmasına nəzarət olunması, uyğunsuzluqların vaxtında qeydə alınması və rəislərə məruzə edilməsi;
  • Kameraların fasiləsiz işləməsinin izlənilməsi və nasazlıqlar barədə texniki komandaya məlumatın təqdim edilməsi;
  • İşçi heyətinin daxili qaydalara əməl etməsinə nəzarət olunması və intizam pozuntularının qeydə alınması;
  • Monitorinq fəaliyyəti ilə bağlı hesabatların təqdim edilməsi. 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Növbəli iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəzarət şöbəsinin növbətçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily107
  • Weekly349
  • Monthly1645