Reels Maker

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Reels Maker

  • Deadline 27 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Departament/Şöbə: Marketing

İş yeri: Bakı, Çinar Plaza

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilər və brendlər üçün Reels / Shorts / TikTok video konseptlərinin hazırlanması.
  • Çəkiliş prosesinin planlaşdırılması, mobil çəkilişlərin aparılması və işıq/səs tənzimləmələrinin olunması.
  • Çəkilmiş materialların mobil/kompüter proqramlarında (CapCut, Premiere Pro, VN və s.) peşəkar montajı, rəng korreksiyası və səs effekti (SFX) ilə işlənməsi.
  • Trendləri, sosial media alqoritmlərini və rəqabət mühitini izləyərək yeni ideyaların təklif edilməsi.
  • SMM və dizayn komandası ilə koordinasiyalı şəkildə işləyərək layihələrin vaxtında təhvil verilməsi

Namizədə dair tələblər:

  • Təcrübə: Korporativ sektorda və ya agentlik mühitində minimum 1 il iş təcrübəsi.
  • Portfel: İcra edilmiş korporativ layihələri/videoları əks etdirən zəngin Portfolio mütləqdir
  • Mobil çəkiliş avadanlıqları (iPhone, stabilizator, yaxa mikrofonları və s.) ilə sərbəst işləmək bacarığı.
  • Kadr arxası mətn, trend musiqilər və dinamik keçidlərlə (transitions) işləmək təcrübəsi.
  • Məsuliyyətli, komanda ilə işləməyə hevesli və deadline-lara riayət edən.

İş şərtləri və Şirkət tərəfindən təklif olunur:

  • Əmək haqqı: Müsahibə zamanı bildiriləcək (bilik, təcrübə və portfolioya uyğun);
  • İş saatları: 09:00 - 18:00;
  • Nahar fasiləsi: 13:00 - 14:00;
  • İstirahət günləri: Şənbə və bazar;
  • Dinamik və gənc komandada peşəkar inkişaf imkanı;
  • Şirkət tərəfindən təmin olunan nahar;
  • Korporativ nömrə və danışıq limiti.

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini və portfolio (video işlərindən nümayunələr/linklər) vasitələrini mövzu (subject) hissəsinə “Reels Maker” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Vacib qeydlər:

  • CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir.
  • Yalnız tələblərə və portfolio şərtlərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlaqə: +994 10 241 07 27 

  • Daily39
  • Weekly575
  • Monthly2330