Blue City Yaşayış Kompleksi Blue City Yaşayış Kompleksi
  • 144

Blue City Yaşayış Kompleksi

Construction , Building Construction

SƏTƏMM üzrə Mütəxəssis (Yüksəkmərtəbəli Bina Tikintisi)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏMM üzrə Mütəxəssis (Yüksəkmərtəbəli Bina Tikintisi)

  • Deadline 11 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına gündəlik nəzarət etmək;
  • Yüksəkmərtəbəli bina tikintisində hündürlükdə işlər, qaldırıcı mexanizmlər (qüllə kranları, yük qaldırıcıları), iskələ və qəlib sistemləri üzrə təhlükəsizlik tələblərinin icrasını təmin etmək;
  • Risk qiymətləndirilməsi aparmaq, JSA (Job Safety Analysis) və digər təhlükəsizlik sənədlərini hazırlamaq və yeniləmək;
  • Tikinti sahəsində təhlükəli vəziyyət və davranışları aşkar etmək, uyğunsuzluqları sənədləşdirmək və aradan qaldırılması üçün tədbirlər görmək;
  • Gündəlik, həftəlik və aylıq SƏTƏMM yoxlamaları keçirmək, hesabatlar hazırlamaq;
  • İşə yeni qəbul olunan əməkdaşlar və podratçı işçilər üçün giriş və dövri təhlükəsizlik təlimləri keçmək;
  • İş icazələri (Work Permit) sisteminə nəzarət etmək;
  • İstehsalat qəzaları və hadisələrinin araşdırılmasını aparmaq, səbəbləri təhlil etmək və profilaktik tədbirlər hazırlamaq;
  • FHN, Əmək Müfəttişliyi və digər dövlət qurumlarının tələblərinə uyğunluğun təmin edilməsində iştirak etmək;
  • Fərdi mühafizə vasitələrinin (PPE) düzgün istifadəsinə nəzarət etmək;
  • Tikinti sahəsində yanğın təhlükəsizliyi, fövqəladə hallar üzrə hazırlıq və təxliyə planlarının icrasında iştirak etmək;
  • SƏTƏMM üzrə daxili prosedur, təlimat və hesabatların hazırlanması və yenilənməsini təmin etmək.

Namizədə tələblər

  • Ali təhsil (Texniki təhsil üstünlükdür);
  • Yüksəkmərtəbəli bina tikintisi sahəsində minimum 3 il SƏTƏMM üzrə iş təcrübəsi (mütləqdir);
  • Baş podratçı və ya iri tikinti layihələrində iş təcrübəsinə üstünlük verilir;
  • FHN tərəfindən verilmiş "Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normaları" üzrə qüvvədə olan sertifikat;
  • Əlavə SƏTƏMM, IOSH, NEBOSH, OSHA və ya digər beynəlxalq sertifikatların olması üstünlükdür;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Əməyin mühafizəsi haqqında" qanunvericiliyi və tikintidə təhlükəsizlik normalarını yaxşı bilmək;
  • Risk qiymətləndirilməsi, hadisələrin araşdırılması və hesabatların hazırlanması bacarığı;
  • Microsoft Office proqramlarında sərbəst işləmək;
  • Məsuliyyətli, intizamlı, operativ qərarvermə və ünsiyyət bacarıqlarına malik olmaq.

İş şəraiti

  • İş rejimi: Həftədə 6 iş günü;
  • İş saatı: 08:00 – 17:00;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş yeri: Xırdalan şəhəri, Blue City yaşayış kompleksi;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "SƏTƏMM üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily120
  • Weekly158
  • Monthly742