Blue City Yaşayış Kompleksi Blue City Yaşayış Kompleksi

Topoqraf

  • Истекает 9 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşin təsviri:

  • Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili
  • Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazrlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək;
  • Geodeziya və Mühəndislik alətlərindən istifadə (total station və s.) etməklə xəritələrin hazrlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək;
  • Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi.
  • AutoCAD Civil 3D program vasitəsi ilə həcm hesabatının hazırlanması
  • Çöl işləri zamanı GPS şəbəkəsinin yaradılmasında, koordinatların təyin edilməsində, zəruri hallarda koordinatların bir sistemdən başqa sistemə keçirilməsində iştirak etmək
  • Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
  • Kartoqrafiq işlərin dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirilməsi;
  • Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması;
  • Xüsusi, dəqiq geodeziya avadanlıqları ilə çöl və kameral geodeziya işlərinin icrası, qravimetrik işlərin yerinə yetirilməsi;
  • Əldə olunmuş məlumatların işlənməsi

Namizədə tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il;
  • Dil bilikləri: azərbaycan dili yüksək səviyyədə
  •  Kompüter bilikləri: MS Office (əla) və Autocad proqramlarını yaxşı dərəcədə bilməli
  • Leica total station ts 06, ts 07, ts 09 seriali cihazına sahib olmalı və işlətmə bacarığı 
  • Nivelir cihazı işlətmə bacarığı
  • Kompüter bilikləri: MS Office (əla) və Autocad (əla)
  • Planlama və təşkilatçılıq qabiliyyəti
  • Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti

Əlavə məlumat:

  • İş yeri: Xırdalan şəhəri, Blue City y/k
  • Əmək haqqı: 1800 AZN
  • İş qrafiki: 6/1.
  • Nahar şirkət tərəfindən təmin olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly524
  • Monthly924