Blue Planet Distribution Blue Planet Distribution
  • 1.1K
Blue Planet Distribution

Blue Planet Distribution

Wholesale & Retail Trade , Specialty Retail

Kassir-Satıcı (Rus dilli)

  • Deadline 10 September 2026

İş yeri: Nike – Dəniz Mall

Əsas öhdəliklər

  • Müştəriləri nəzakətli və peşəkar şəkildə qarşılamaq, məhsullar haqqında məlumat vermək və satış prosesini effektiv şəkildə həyata keçirmək.
  • Satış və qaytarma əməliyyatlarını müəyyən edilmiş qaydalara uyğun icra etmək.
  • Kassa aparatı, POS terminalı və digər avadanlıqlardan düzgün istifadə etmək, nağd və qeyri-nağd ödənişləri qəbul etmək.
  • Maliyyə vəsaitlərinin düzgün hesablanmasını və təhvil verilməsini təmin etmək.
  • Məhsulların satışa hazır vəziyyətdə saxlanılmasına və mağazanın ümumi səliqəsinə nəzarət etmək.
  • Stok yoxlanışında və məhsulların düzgün yerləşdirilməsində iştirak etmək.
  • Müştəri məmnuniyyətini təmin etmək və satış hədəflərinə nail olunmasına töhfə vermək.
  • Daxili qaydalara, korporativ standartlara və məxfilik prinsiplərinə riayət etmək.

Tələblər və bacarıqlar

  • Kassir və ya satış sahəsində minimum 1 il iş təcrübəsi (arzuolunandır).
  • Rus dili biliyi (arzuolunandır).
  • Nağd pul və POS terminalı ilə işləmək bacarığı.
  • Güclü ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma.
  • Məsuliyyətlilik, diqqətlilik və dürüstlük.
  • Komandada işləmək bacarığı.

 

📩 Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə tam uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Yalnız vəzifə tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily72
  • Weekly312
  • Monthly910