Vəzifənin adı: Satıcı-məsləhətçi
Şöbə: İdman Pərakəndə satış
Əsas Vəzifə Öhdəlikləri:
- Şirkət tərəfindən müəyyən edilmiş satış planını yerinə yetirmək
- Müştəri məmnuniyyətini təmin etmək
- Müştərilərin seçim etmələrində yardımçı olmaq və məhsullar haqqında ətraflı məlumat vermək
- İş zamanı şirkətin peşəkar satış texnikalarını öyrənmək və effektiv şəkildə tətbiq etmək
- Müştəri xidməti standartlarına uyğun xidmət göstərmək
- Mağazadaxili inzibati işlərin yerinə yetirilməsi və mağazada nizam-intizama, səhmana riayət olunması
Tələblər:
- Pərakəndə satış sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır
- Azərbaycan və rus dilini səlis bilmək arzuolunandır
- İdman geyimləri və ya ayaqqabıların satışı sahəsində təcrübə üstünlükdür
- Aktiv satış və müştəri yönümlü yanaşma bacarığı
- Komandada işləmək və ünsiyyət qurmaq bacarığı
- Dinamik, idman ruhlu, gülərüz və məsuliyyətli olmaq
📩 Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə tam uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.