Blue Planet Distribution Blue Planet Distribution
  • 251
Blue Planet Distribution

Blue Planet Distribution

Wholesale & Retail Trade , Specialty Retail

SƏTƏMM üzrə koordinator

  • Deadline 14 November 2026

İş yeri: Bakı şəhəri

 

İşin qısa təsviri

 

SƏTƏMM üzrə koordinator şirkətin iş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət edir, təhlükələri müəyyənləşdirir, riskləri qiymətləndirir və onların azaldılması üçün qabaqlayıcı tədbirlər hazırlayır.

 

Əsas vəzifələr

  • Əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
  • İş yerlərində təhlükələri müəyyənləşdirmək, riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirlər hazırlamaq;
  • İşçilər üçün təhlükəsizlik üzrə təlimlər və təlimatlandırmalar keçirmək;
  • İş yerlərinin, avadanlıqların və fərdi mühafizə vasitələrinin yoxlanılmasında iştirak etmək;
  • İstehsalat hadisələrinin araşdırılmasında iştirak etmək;
  • Müvafiq hesabatları və təhlükəsizlik sənədlərini hazırlamaq.

 

Namizədə tələblər

  • SƏTƏMM və ya əməyin mühafizəsi sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi üzrə qanunvericilik və normativ tələblərini bilmək;
  • Əməyin mühafizəsi, mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil arzuolunandır;
  • Müvafiq SƏTƏMM sertifikatlarına sahib olmaq;
  • Risklərin qiymətləndirilməsi, təhlükəsizlik təlimlərinin keçirilməsi və hesabatların hazırlanması bacarığı;
  • Yaxşı ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Dürüstlük, məsuliyyətlilik, analitik düşüncə və problemləri operativ həll etmək bacarığı.

 

Müraciət qaydası

📩 Maraqlanan namizədlərdən CV-lərini elektron məktubun mövzu hissəsində “SƏTƏMM üzrə koordinator” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily33
  • Weekly356
  • Monthly1212