Yayını könüllülük proqramı ilə dəyərləndirmək istəyirsən?
İyun ayının ilk yarısında həyata keçiriləcək layihə üçün komandamıza məsuliyyətli və ünsiyyətcil könüllülər dəvət edirik. Layihə çərçivəsində idman mağazalarımızda müştəri məmnuniyyəti sorğusu (NPS) keçiriləcək. Bu, qısa müddətli, dinamik və maraqlı təcrübə fürsətidir.
Səni nə gözləyir?
- Real iş təcrübəsi
- Aktiv və gənc iş mühiti
- Yeni insanlarla ünsiyyət və networking imkanı
- Gələcək karyera imkanları
Fəaliyyət 11 mağaza üzrə həyata keçiriləcək
Müddət: 2 həftə
Axtardığımız namizədlər:
- Azərbaycan və rus dillərini bilən (ingilis dili arzuolunandır)
- Ünsiyyətcil, məsuliyyətli və pozitiv
- Səliqəli və təqdimatlı görünüşə malik
- Sorğu sahəsində təcrübəsi olanlara üstünlük verilir
Əgər sən də aktiv mühitdə təcrübə qazanmaq və yayını faydalı keçirmək istəyirsənsə, bu fürsəti qaçırma
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Könüllülük proqramı” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.