Vəzifənin adı: Satıcı-məsləhətçi
Şöbə: Lüks Pərakəndə satış
İş yeri: Dolce & Gabbana (Port Baku)
Əsas vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən müəyyən edilmiş satış planını yerinə yetirmək
- Müştəri məmnuniyyətini təmin etmək
- Müştərilərin seçim etmələrində yardımçı olmaq və məhsullar haqqında ətraflı məlumat vermək
- İş zamanı şirkətin peşəkar satış texnikalarını öyrənmək və effektiv şəkildə tətbiq etmək
- Müştəri xidməti standartlarına uyğun xidmət göstərmək
Tələblər:
- Lüks pərakəndə satış sahəsində minimum 1 il iş təcrübəsi
- Azərbaycan və rus dillərini səlis bilmək (ingilis dili arzuolunandır)
- Bəy namizədlərə üstünlük verilir
- Müştərilərlə peşəkar səviyyədə ünsiyyət qurmaq bacarığı
- Dinamik, səbirli və gülərüz olmaq
- Məsuliyyətli və etibarlı olmaq
📩 Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə tam uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.