İş yeri: Bakı şəhəri
İşin qısa təsviri
- SƏTƏMM üzrə koordinator şirkətin iş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət edir, təhlükələri müəyyənləşdirir, riskləri qiymətləndirir və onların azaldılması üçün qabaqlayıcı tədbirlər hazırlayır.
Əsas vəzifələr
- Əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
- İş yerlərində təhlükələri müəyyənləşdirmək, riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirlər hazırlamaq;
- İşçilər üçün təhlükəsizlik üzrə təlimlər və təlimatlandırmalar keçirmək;
- İş yerlərinin, avadanlıqların və fərdi mühafizə vasitələrinin yoxlanılmasında iştirak etmək;
- İstehsalat hadisələrinin araşdırılmasında iştirak etmək;
- Müvafiq hesabatları və təhlükəsizlik sənədlərini hazırlamaq.
Namizədə tələblər
- SƏTƏMM və ya əməyin mühafizəsi sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi üzrə qanunvericilik və normativ tələblərini bilmək;
- Əməyin mühafizəsi, mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil arzuolunandır;
- Müvafiq SƏTƏMM sertifikatlarına sahib olmaq;
- Risklərin qiymətləndirilməsi, təhlükəsizlik təlimlərinin keçirilməsi və hesabatların hazırlanması bacarığı;
- Yaxşı ünsiyyət və təşkilatçılıq bacarıqları;
- MS Office proqramlarından istifadə bacarığı;
- Dürüstlük, məsuliyyətlilik, analitik düşüncə və problemləri operativ həll etmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.