Vəzifə öhdəlikləri
- Bazar potensialının qısa və orta müddətli nəzərdən keçirilməsi, inşaat sektorunda bazar və satış imkanlarının araşdırılması, Hilti satış strategiyasının nəzərə alınması və bütün şirkət siyasət və prosedurlarına riayət edilməsi.
- Tikinti şirkətləri, podratçılar, subpodratçılar, mühəndislər və digər inşaat sektoru mütəxəssisləri ilə effektiv işgüzar əlaqələrin yaradılması və inkişaf etdirilməsi.
- Mövcud və yeni müştərilərlə davamlı əlaqələrin qurulması, müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təqdim olunması.
- İnşaat layihələrinin, tikinti sahələrinin və potensial müştərilərin müəyyən edilməsi, layihələr üzrə satış imkanlarının araşdırılması və yeni müştərilərin cəlb edilməsi.
- Məhsulların satışı, Hilti məhsul və həllərinin tikinti sahələrində, ofislərdə və istehsalat müəssisələrində tətbiqinin təşviqi, müştərilərə məhsullar və onların düzgün istifadəsi barədə məlumat verilməsi.
- Tikinti sahələrinə mütəmadi səfərlərin həyata keçirilməsi, sahədə yaranan texniki və məhsul ehtiyaclarının müəyyən edilməsi və müvafiq həllərin təklif olunması.
- Satış direktorunun dəstəyi ilə şirkətin strategiyası və prioritetlərinə uyğun olaraq aylıq, rüblük və illik satış hədəflərinin həyata keçirilməsi.
- Şirkətin strategiyasına sadiq qalmaq, hər il müəyyən edilən biznes və inkişaf məqsədləri çərçivəsində bilik, bacarıq və qabiliyyətləri inkişaf etdirmək.
- Gündəlik hesabatların, müştərilər haqqında məlumatların, həftəlik/aylıq planların və tələb olunan digər hesabatların rəhbərliyə təqdim edilməsi.
- Satışdan sonra müştəri borclarının və alacaqların müəyyən edilmiş müddətlər çərçivəsində izlənilməsi və vaxtında toplanılmasının təmin edilməsi.
- İnşaat sektorunda yeni satış kanallarının və biznes imkanlarının müəyyən edilməsi, rəqiblərin və bazar tendensiyalarının izlənilməsi.
Namizədə tələblər
- Mühəndislik və ya inşaat sahəsində təhsil almış namizədlərə üstünlük verilir.
- İnşaat sektorunda satış və ya tikinti məhsullarının satışı üzrə iş təcrübəsi üstünlükdür.
- Yüksək ünsiyyət bacarığı, satışda uğur qazanmaq və hədəf yönümlü inkişaf etmək istəyi.
- Nəticəyönümlü, dinamik və enerjili olmaq.
- Müştərilərlə effektiv ünsiyyət qurmaq və özünü düzgün ifadə etmək bacarığı.
- Problemlərin həllində və qərarların qəbul edilməsində strateji və yaradıcı yanaşma.
- İngilis və rus dili biliyi.
- MS Office proqramlarında işləmək bacarığı.
- Sürücülük vəsiqəsi.
- Tikinti sahələrində və müştərilərlə aktiv şəkildə işləməyə hazır olmaq.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Satış Nümayəndəsi” başlığı ilə göndərməyiniz xahiş olunur.