İş şəraiti
- İş yeri: Ofis daxili
- İş qrafiki: Həftədə 5 gün, saat 09:00 – 18:00
Vəzifə öhdəlikləri
- Şirkətin təqdim etdiyi müasir inşaat materiallarının bazarda düzgün mövqeləndirilməsi
- Marketinq strategiyasının hazırlanması və icrası
- Sosial media və rəqəmsal platformaların effektiv idarə olunması
- Reklam kampaniyalarının planlanması, yerləşdirilməsi və idarəsi (Meta, Google və s.)
- Layihə və xidmətlərin tanıtımı üçün kreativ kontentlərin təşkili
- Foto/video çəkilişlərin təşkili və vizual materialların hazırlanması (Video/Foto çəkilişlərini edən əməkdaşımıza kontentin hazırlayıb təqdim edilməsi)
- Rəqiblərin və bazarın analiz edilməsi
- Diler ve pərakəndə satış strateqiyasına dəstək
- Satış komandası ilə koordinasiyalı şəkildə lead generasiyası
- Aylıq marketinq hesabatlarının hazırlanması
Tələblər
- Marketinq sahəsində minimum 2-3 il iş təcrübəsi
- Rəqəmsal marketinq alətləri ilə praktik təcrübə
- Sosial media idarəçiliyi bacarığı
- Kreativ düşüncə və analitik yanaşma
- Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı
- Azərbaycan dili səlis, Rus və ya İngilis dili biliyi üstünlükdür
- Tikinti, inşaat və ya daşınmaz əmlak sahəsində təcrübə üstünlükdür
Təklif edirik
- Rəqabətli əmək haqqı (müsahibə əsasında)
- Müasir və inkişaf edən şirkətdə karyera imkanı
- Real layihələr üzərində işləmək fürsəti
- Peşəkar və dinamik komanda
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Marketinq Meneceri” başlığı ilə göndərə bilərsiniz.