BMY Caspian MMC BMY Caspian MMC
  • 408

Procurement Manager (Satınalma Meneceri)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Procurement Manager (Satınalma Meneceri)

  • Deadline 6 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifələr

  • Tikinti layihələri üzrə material, avadanlıq və xidmətlərin satınalma prosesini planlamaq və idarə etmək;
  • Yerli və xarici təchizatçılarla qiymət və müqavilə şərtləri üzrə danışıqlar aparmaq;
  • Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və etibarlı təchizatçı bazasının formalaşdırılması;
  • Kommersiya təkliflərini təhlil etmək, qiymət, keyfiyyət və çatdırılma müddətinə əsasən ən uyğun seçimləri təqdim etmək;
  • Satınalma sifarişlərinin hazırlanmasına, icrasına və vaxtında çatdırılmasına nəzarət etmək;
  • Müqavilələrin hazırlanması və icrasını əlaqələndirmək;
  • Satınalma büdcəsinin səmərəli idarə olunmasına və xərclərin optimallaşdırılmasına dəstək vermək;
  • Layihə, anbar, maliyyə və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
  • Satınalma fəaliyyəti üzrə müntəzəm hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələblər

  • İnşaat sektorunda Procurement Manager və ya Satınalma Meneceri kimi minimum 3 il iş təcrübəsi;*
  • Yerli və beynəlxalq satınalma prosesləri üzrə praktiki bilik və təcrübə;
  • Təchizatçılarla danışıqlar aparmaq və müqavilələrin idarə edilməsi sahəsində təcrübə;
  • Tikinti materialları, avadanlıqları və təchizat bazarı haqqında yaxşı bilik;
  • İngilis və Rus dillərini sərbəst səviyyədə bilmək (hər iki dil üzrə bilik mütləqdir)
  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
  • Analitik düşünmə, liderlik, planlama və qərarvermə bacarığı;
  • Əvvəlki iş yerləri üzrə referansların təqdim edilməsi mütləqdir.

Təklif edirik

  • Əmək haqqı: 1,500–2,000 AZN (namizədin bilik və təcrübəsinə uyğun qiymətləndirilə bilər);
  • Performans göstəricilərinə əsaslanan bonus sistemi;
  • Həftədə 5 iş günü (09:00–18:00);
  • Müasir və inkişaf edən şirkətdə uzunmüddətli karyera imkanı;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Dinamik və peşəkar komandada çalışma imkanı.

CV-də əvvəlki iş yerləri üzrə referans şəxslərin adı, vəzifəsi və əlaqə məlumatlarının qeyd olunması mütləqdir.

Uyğun namizədlərdən CV-lərini Satınalma Meneceri - Procurement Manager başlığı (subject hissədə vakansiya adı mütləq yazılmalıdır) ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur

  • Daily116
  • Weekly556
  • Monthly573